“6-lı Masa”nın daha bir üzvü, keçmiş baş nazir Əhməd Davudoğlunun lideri olduğu Gələcək Partiyası sabah prezidentliyə namizədlə bağlı müzakirə aparacaq.
araz.az xəbər verir ki, bu barədə partiya açıqlama yayıb.
Açıqlamada qeyd olunur ki, bu gün Maral Akşenerin prezidentliyə namizəd Kamal Kılıcdaroğlunun namizədliyinə qarşı çıxması və “Biz nə notarius masasında, nə qumar masasında ola bilmərik” sözləri Ankarada “havanı istiləşdirib”.
Partiya bildirib ki, bu və ya digər məsələlərlə yanaşı, prezidentliyə namizədlə bağlı yekun qərarla bağlı sabah saat 11.00-da Əhməd Davudoğlunun səsdrliyi ilə partiya rəhbərliyi toplantı keçirəcək.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.