e1de28e2f53e66c339fe546070aca2b8.jpg

Zərərçəkən şəxslər Həbib Axundovla anasının barəsində son dərəcə ilginc faktları ortaya qoydular; Milli Məclis üzvünün iddiasına görə, səsinin yazılması cinayətdi, hüquqşünas isə bildirir ki… 

İllərdir ki, Milli Məclisin deputatı, Əfv Komissiyasının üzvü Elmira Axundova və oğlu “Amalya” qadın salonunun şəriki Həbib Axundovun adı mətbuatın gündəmindən düşmür. Dünən mediada Elmira Axundova ilə sahibkar Fərman Məmmədov arasında olan telefon söhbətinin sensasiyalı audioyazısı yayılıb. Audioyazıda söhbət deputatın Fərman Məmmədovdan borc aldığı böyük məbləğdə puldan gedir.

Daha sonra Elmira Axundova “Real” tv-yə 10 dəqiqəlik açıqlama verərək, F.Məmmədovla münasibətlərindən, onun gizli şəkildə səsyazma apararaq qanun pozuntusu etməsindən danışıb (http://musavat.com/news/deputat-elmira-axundova-yayilan-ses-yazisindan-danisdi-video_544855.html ttp://musavat.com/news/deputat-elmira-axundova-yayilan-ses-yazisindan-danisdi-video_544855.html).

Məsələ ilə bağlı musavat.com-a açıqlama verən Fərman Məmmədov E.Axundovadan fərqli olaraq faktlarla danışdığını bildirib: “Onun dedikləri həqiqətə uyğun deyil. Əgər Elmira xanım hesab edirsə ki, bunu hüquq-mühafizə orqanları araşdırmalıdır, biləsiniz ki, biz bunu çoxdan istəyirik. İndi Elmira Axundova bildirir ki, bu 5 il bundan qabaqkı məsələdir. Fərq etmir. Qoy lap 10 il bundan əvvəlki məsələ olsun, əgər cinayət varsa, cəzası da olmalıdır. Maraqlıdır ki, nədənsə xanım deputat bəzi danışıqları yaxşı xatırlayır, özünə sərf etməyən detalları isə xatırlamır. Əgər özü bildirirsə ki, bu işdən heç xəbəri yoxdur, qeyd edim ki, lap yaxşı xəbəri var, Elmira Axundova özü də bu işə pul qoyub. Bu məsələdə bir maraqlı məqam da var: əgər bunların mənə borcu yoxdursa, niyə mənimlə ortaq nöqtəyə gəlmək istəyirdilər və mənə 250 min manat ödəyirdilər? Notariusda təsdiqlənmiş sənəd məsələsinə gəldikdə isə, Elnur İbrahimovla Həbib Axundov müqavilə imzalayıb. Yaxşı olardı ki, Elmira Axundova o müqavilələri diqqətlə oxusun. İki müqavilə imzalanıb. Biri 100 min manatlıqdır, digəri isə 735 minlik müqavilədir. Həbib mənə deyirdi ki, Fərman əmi, narahat olmayın, mən sizin pullarınızı sentyabr-oktyabr ayında qaytaracağam. Unutmasın ki, 2005 və 2010-cu illərdə parlament seçkilərində iki dəfə Elmira Axundovanın səlahiyyətli nümayəndəsi olmuşam. Hər şeyi danışmağa başlasam, buna bir sutka vaxt gedəcək. Ona görə də artıq qısa və lakonik danışacağam”.

Həbib Axundov ile ilgili görsel sonucu

Tanınmış vəkil Əkrəm Həsənov “Yeni Müsavat”a deyib ki, Elmira Axundova Fərman Məmmədovu onun səsini yazmaqda ittiham edə bilməz. Qanuni əsas yoxdur: “Fərman Məmmədovdan pul alınıbsa və o, bunu sübut etmək üçün başqa yolu qalmırdısa, nə etməli idi? Fərman Məmmədov sübutlar toplayıb və bundan problem yoxdur. Azərbaycan məhkəmələrində belə sübutlar qəbul olunur. Bu yaxınlarda Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan bir qadını müdafiə edirdim. Zərərçəkən tərəf müdafiə etdiyim şəxsin səsini yazmışdı və məhkəməyə təqdim etdi. Məhkəmə həmin səs yazısını sübut kimi qəbul etdi. Bu normal haldır. Məni aldadırlar, borc aldıqları pulu vermirlər, mən necə sübut etməliyəm? Məcburən səsini yazıram, imkan varsa video çəkirəm ki, sonra istintaqda, məhkəmədə ortaya qoya bilim”.

Tanınmış vəkil deyir ki, Elmira Axundova deputatdır, deyil, fərq eləmir: “Elmira Axundova deputat olmazdan əvvəl vətəndaşdır və onun da səsi yazıla bilər. Yenə də deyirəm, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevə səs yazısı sübut kimi təqdim olundu. Hakim həmin səs yazısını qəbul etdi. Deməyim odur ki, burada qanunsuzluq yoxdur, məhkəmə, istintaq həmin səs yazılarına qiymət verməlidir”.

Həbib Axundov ile ilgili görsel sonucu

Yada salaq ki, bir neçə gün əvvəl mediada Həbib Axundovun dəbdəbə içində keçən həyatı haqda video yayımlanıb. Videodan deputat oğlunun özünə korluq vermədiyi, təmtəraq içində itib-batdığı görünür. Həmçinin kadrlarda Həbib Axundovun yaxtasından dənizə düşüb boğulduğu iddia olunan model Günel Mirzəyeva da var. Həbib Axundov Günel Mirzəyeva dənizdə boğulduğu ilk günlər onunla tanışlığının olmadığını iddia edirdi.

Həbib Axundov ile ilgili görsel sonucu

Anası Elmira Axundova da oğlu ilə Günel Mirzəyevanın münasibətlərinin olmadığını israrla iddia edirdi. Sonradan ortaya çıxan məlumatlar deputatı da, oğlu Həbib Axundovu da geri çəkilmək zorunda qoydu. Yayılan son videodan sonra Həbib Axundov müsahibə verib və iş üzrə zərərçəkən Fərman Məmmədovun, Şahin Məhərrəmovun adlarını çəkib.

“Həbib Axundovun əli hər yerdən üzülüb, indi də bilmir ki, yalandan nə danışsın”

“Yeni Müsavat”a müraciət edən Şahin Məhərrəmov deyir ki, yayılan son videodan və anası Elmira Axundovanın səs yazısından sonra Həbib Axundovun əli hər yerdən üzülüb, indi də bilmir ki, yalandan nə danışsın:

Ä°lgili resim

“Həbib Axundovla 2013-cü il avqustun 7-də tanış olmuşam. Mən 70 min manat pulu Elvin və Ziya Vəliyevlərə vermişdim. Onlar demişdilər ki, katric işinə qoyurlar. Sonradan problem yaranmışdı. Həmin məsələni müzakirə etmək üçün Zabitlər bağında Elvin və Ziya Vəliyevlə çay içirdik. Həmin vaxt Ziya Vəliyevə Həbib Axundov zəng elədi. Dedi ki, Elnuru gətirirlər. Getdik ”Nizami” metrosunun yanına. Ora ağ rəngli “Nissan X Trail”, bir də “Porşe” markalı maşınlar gəldi. Hər iki maşının nömrəsi 111-lə qurtarırdı. Maşından 6 nəfər adam düşdü.

Bu epizod mənə bandanı xatırlatdı. Həbib Axundov maşından düşdü, 6 nəfər də ətrafına toplaşdı. Tanımadığım şəxslər idi. Həbib dedi ki, Elnur İbrahimov maşındadır, onu Qəbələdən gətiririk, vurub Elnurun burnunu sındırdığını söylədi. Anası Elmira Axundovanın da üzünə tüpürdüyünü dedi. Bildirdi ki, anası Oruc Zalova müraciət edib, işlə o məşğul olacaq. Elnur dedikləri adam da maşında oturmuşdu. Həbibin yanındakı uşaqlar bizi ona yaxınlaşmağa imkan vermədilər. Biz də istəyirdik ki, ona yaxınlaşaq, pulların harada olduğunu soruşaq. Elnurun üzünü görmədik. Bizim yanımızdan Ziya Vəliyev gedib Elnurun olduğu “Nissan”a mindi, Həbib də onlarla getdi”.

Elnur İbrahimov Qəbələdə Elmira Axundova ilə görüşdən 2 gün sonra ölkədən qaçırılıb!

Şahin Məhərrəmov deyir ki, ondan Vəliyevlər pulu alanda Dubaydan katric gətirib Azərbaycanda satılacağını deyiblər: “Həmin gün Həbibi ilk dəfə idi ki, görürdüm. Orada Həbib dedi ki, piramida dağılıb. Kartic ləvazimatları biznesi olmayıb, piramida olub, piramida da dağılıb. Elnur İbrahimov Qəbələdə Elmira Axundova ilə görüşdən 2 gün sonra – avqustun 9-da ölkəni tərk etdi. Biz bunu avqustun 25-də bildik. Öyrəndik ki, Gürcüstana keçib”.

“Elmira da ora gəldi. Dedi ki, razılaşın, Həbiblə bir yerdə olun”

Şahin Məhərrəmov deyir ki, Həbib Axundovla bir də 2 il sonra görüşüb: “2015-ci ildə deputat seçkilərindən sonra Həbib mənə zəng elədi. Dedi, Masallıdayam, mama deputat seçildi. Siz kimsiz ki, mənim haqqımda mətbuata şikayət yazırsız. Məni hədələyirdi. 3 gün sonra məni ”Çardaq” çay evindəki ofisə çağırdı. Elmira da ora gəldi. Dedi ki, razılaşın, Həbiblə bir yerdə olun. Dedi, nə lazımsa, köməklik edəcək. Pul təklif elədi, dedi, Fərman Məmmədovdan aralaş. Mənə dəymiş 70 min manat ziyanın 5 min manatını ödəyəcəyinə boyun oldu. 3 min 500 manat verdi, qalanını vermədi. Həbib Axundovun son müsahibəsində mənim barəmdə danışdıqları ağ yalandır”.

“…Səs yazıları bu gün ortadadır”

Həbib deyir ki, guya Fərman Məmmədov mənə pul verib və onun üzünə dayanmağımı istəyib. Həbib Axundovun məndə səs yazısı var. Mənə təklif edirdi ki, onun yanında olum və o, 2 aya Fərman Məmmədovun, onun ətrafındakı zərərçəkənlərin axırına çıxacaq. Həbib Axundov bilirdi ki, Fərman Məmmədovda onun və anası Elmira Axundovanın səs yazıları vardı. Həmin səs yazıları bu gün ortadadır. Həbib Axundov istəyirdi ki, həmin səs yazıları yayılmasın. Ona görə də bütün zərərçəkənləri Fərman Məmmədovun yanından uzaqlaşdırmağa çalışırdı. Mənə deyirdi ki, bax onun başına nə oyun açacağam. Halbuki həmin səs yazıları bütün həqiqəti ortaya qoyur”.

“Elnur İbrahimov bu cinayəti tək törətməyib. Dəstənin başında dayanan və əlaltıları var”

Şahin Məhərrəmov deyir ki, zərərçəkən kimi tanındığı iş üzrə hazırda Bakı Ağır Cinayət Məhkəməsində proses keçirilsə də, faktiki, ibtidai istintaq obyektiv aparılmayıb: “Tələbim odur ki, işi ibtidai istintaqa qaytarsınlar. Səs yazılarını, faktları araşdırıb sonra məhkəməyə göndərsinlər. Elnur İbrahimov bu cinayəti tək törətməyib. Dəstənin başında dayanan və əlaltıları var. Cinayət də açıqdır. Xahiş edirəm, iş düzgün aparılsın. İstintaq yenilənsin. İstintaq qurtarıb məhkəməyə gedəndə müstəntiq məni çağırdı, dedi, səndən pulu Elnur İbrahimov almayıb, get Elvin və Ziyaya qarşı mülki iddia qaldır. Müstəntiqə dedim ki, niyə araşdırıb məsuliyyətə cəlb etmədiz? Dedi sənin işin mülki iddia ilə həll oluna bilər. İstintaq başdansovdu aparılıb. İbtidai istintaqa qaytarıb baş prokurorun şəxsi nəzarəti altında yenidən araşdırsınlar”. 

 

(ardı növbəti sayda)

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

 

araz.az xəbər portalı.