Ermənistanın baş naziri Nikol Paşinyan Alman Xarici Əlaqələr Şurasında (DGAP) bugünkü çıxışında Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmasına şəraitin yaradılması barədə çağırışları Ermənistanın ərazi bütövlüyünə və suverenliyinə təsir edən bir hal kimi qələmə verməyə cəhd edib. Biz baş nazirə xatırlatmaq istərdik ki, etnik təmizləmə insanlıq əleyhinə cinayətdir və Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaları təməl insan haqlarıdır.
ataz.az xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının mövzu ilə bağlı açıqlamasında bildirilib.
Qeyd olunub ki, Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə geri qayıtmasına şərait yaratmaq Ermənistanın BMT-nin Nizamnaməsi, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Avropa İnsan Hüquqları Konvensiyası, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Pakt və digər mühüm beynəlxalq sənədlərdən irəli gələn öhdəliyidir. Həmçinin Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarının təmin olunması regional sülh və təhlükəsizliyin bərqərar olmasının zəruri şərtidir. Biz sülh yolu ilə təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdışa dair konsepsiyamızı hazırlayıb ictimaiyyətə bəyan etmişik. Biz bir daha baş nazir N.Paşinyanı Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmalarına şərait yaratmaq üçün müvafiq beynəlxalq proses çərçivəsində dərhal İcma ilə danışıqlara başlamağa çağırırıq.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.