Bu gündən etibarən ictimai nəqliyyatda olan qiymət dəyişikliyi taksilərin qiymətinə təsir edəcəkmi?
Məsələ ilə bağlı Realliq.az-ın taksi şirkətləri arasında keçirdiyi sorğunu təqdim edirik:
“Salam taksi” (*9933): “Qiymət artımının olacağı ilə bağlı heç bir məlumatımız yoxdur”.
“Bumeranq taksi” (*9333): “Qiymətin artırılması ilə bağlı heç bir təlimat verilməyib”.
“Ekonom taksi” (*9111): “Metro və avtobuslarda qiymətin qalxması taksilərdə qiymət dəyişikliyinə səbəb ola bilməz”.
“Ulduz taksi” (*5000): “İctimai nəqliyyatlara tətbiq olunan qiymət artımının bizim şirkətə heç bir təsiri olmayacaq. Qiymətin artırılması ilə bağlı hər hansı tapşırıq olmayıb. Olacağı da gözlənilmir”.
“Feliks Taksi” (*5959): “Bizim şirkətdə qiymət artımı gözlənilmir”.
“Taksi24” (*2424): “Metro və avtobuslarda qiymət artımının taksilərə heç bir təsiri olmaz”.
“Ailə taksi” (*8555): “Şirkətdə qiymət artımı deyil, qiymətlərin aşağı salınması gözlənilir”.
araz.az xəbər portalı.