“Otel nömrəsindən göydələnlərə və mavi dənizə açılan mənzərədən gözəl nə ola bilər, fəqət…”
 “Yanğın siqnalizasiyası işə düşərsə, nə edəcəyinizi bilirsinizmi?..”
 “İkinci mərtəbədən aşağıda nə varsa, quldurlar üçün hədəfə çevrilir…”
İlk baxışdan otel nömrələrindən göydələnlərə və mavi dənizə açılan mənzərədən gözəl nə ola bilər?
Lakin ekspertlər fərqli düşünür və növbəti dəfə nömrə sifariş verəndə sizi dördüncü mərtəbədən yuxarıda məskunlaşdırmayacaqlarına əmin olmağı məsləhət görür.
Yeri gəlmişkən, ikinci mərtəbədən aşağı nömrələrdə də məskunlaşmağı tövsiyə etməyəcəklər.
 Moderator.az xəbər verir ki, bu barədə “Detaly” nəşri yazıb.
Siz nə zamansa oteldə yanğın zamanı nə baş verdiyi barədə düşünmüsünüzmü? Və ya quldurları məhz ilk mərtəbələrdə cəlb edən nədir?
Keçmiş əsgər, hazırda turist riskləri üzrə ekspert Lloyd Fiqqins bəzi hallarda həyatınızı xilas etməyə qadir olan bir neçə dəyərli məsləhətlər verib.
“İnsanların diqqətindən yayınan ən ciddi nəsnə alışıb yanma riskidir, – o, “The Sun” nəşrinə danışıb. – Otelə yerləşərkən, siz tanış olmayan və sizin fikrinizcə təhlükəsiz şəraitə düşürsünüz.
Problem bundadır ki, yanğın siqnalizasiyası işə düşərsə, siz nə edəcəksiniz? Siz qəza çıxışının harada olduğunu bilirsiniz? Oraya necə çatmaq olar, o, sizi xilas edəcəkmi? O, açıqdır, yoxsa bloklanıb?
 Yanğın təhlükəsizliyi
Baxmayaraq ki, səyahətlər zamanı əksəriyyətimiz üçün nəsə pis bir şey baş verə biləcəyi fikri yaddır, ekspert qeyd edib ki, oteldə məskunlaşan zaman yanğın siqnalizasiyasının işə düşəcəyi təqdirdə hərəkət planını əvvəlcədən düşünmək zəruridir.
O, öz otağımızla yanğın nərdivanı arasında qapıların sayını hesablamaqla təxliyə çıxışınadək marşrutu beynimizdə təsəvvür etməyi tövsiyə edir.
Daha sonra Fiqqins otel əməkdaşlarından yanğın çıxıçının harada olduğunu, oraya necə gedib çatmağı öyrənməyi, habelə gedib onun qapalı və blok edilib-edilmədiyini yoxlamağı məsləhət görür.
“Siz otelin ikinci və dördüncü mərtəbələri arasında olduğunuza əmin olun, çünki yanğın nərdivanı nadir hallarda dördüncü mərtəbədən yuxarıda olur”, – o, əlavə edib.
Ehtiyatlı olun, quldurlardır!
Yeri gəlmişkən, ekspert birinci mərtəbədə də məskunlaşmağı məsləhət görmür. “İkinci mərtəbədən aşağıda nə varsa, quldurlar üçün hədəfə çevrilir”, – Fiqqins izah edib və səyahətlər zamanı qarət və oğurluqdan necə yan keçmək üçün bir sıra faydalı məsləhətlər verib.
Birincisi, siz heç vaxt otelin daxilində olarkən ucadan öz nömrənizi tələffüz etməməlisiniz. Həmçinin otel personalından sizin burada qalmağınız barədə məlumatları ucadan səsləndirməməsini, yalnız kağızda yazmağı xahiş etmək tövsiyə edilir.
Məsələ burasındadır ki, quldurlar özlərini adi turist kimi göstərə bilər. Resepşn piştaxtası yanında və ya vestibüllərlə hərəkət edərək onlar yaxşı təmin olunmuş turistlərin hansı nömrələrdə yerləşməsi barədə məlumat əldə etməyə çalışır.
“Onlar təkbaşına səyahət edən adamları axtarır, onların hansı nömrələrə yerləşdirilməsinə qulaq asırlar. Onlar bu adamı barda və ya restoranda görəndə, dəqiq bilirlər ki, nömrələri boşdur”, – Fiqqins izah edib.
O, həmçinin əlavə edib ki, tez-tez quldurların arsenalında nömrəyə daxil olmaq üçün sadə üsulları olur. Məsələn, onlar xadimələrlə əlbir ola bilər, olnlar da qapını açıb, kimsənin narahat etməməsinə nəzarət edə bilər.
Əgər siz kimsənin nömrədə yatdığınız zaman sizin nömrənizə daxil olmasından narahat olursunuzsa, qapı üçün stopor (tıxac) əldə edin və özünüzlə səyahətə götürün.
“Siz hətta otel nömrənizdə olduğunuz zaman və oğruda kilidaçan olarsa belə, qapı tıxacı onu dəqiq dayandıracaq”, – ekspert deyib.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.