rokfellerden-turkiye-siyaseti-ile-bagli-tarixi-sensasion-aciqlamalar.jpg

İslaminSesi sizə Devid Rokfellerin inanılmaz etiraflarını təqdim edir.

Adnan Menderes dönəmində “Marşal planı”nı işə saldıq.

Türklər illər boyu kommunizmə qarşı olub. 1950-ci illərdə bizim dəstəyimizlə Adnan Menderes hakimiyyətə gəldi. Əslində, Menderes bizimlə lap başdan gözəl dialoqa girmişdi. Bizdən seçkilərdə aldığı dəstək qarşılığında, “Marşal planı” adı altında davamlı borc alır və ölkə sənayesinə kapital yatırırdı. Lakin hakimiyyət bu pulları o qədər plansız xərcləyirdi ki, onları qaytarmaq vaxtı çatanda ödəyə bilmədikləri üçün yenidən bizdən borc götürürdülər. O zaman biz qarşılığında ondan ölkənin qapılarını xarici sərmayə üçün açmağı və bizim şirkətlərimizə xüsusi imtiyazlar verməsini istədik. Menderes bizə bunu heç bir zaman qəbul etməyəcəyini söylədi və bizdən uzaqlaşmağa başladı. Türkiyədə ilk dəfə idi ki, asfalt yollar çəkilir, fabrik-zavodlar tikilirdi. Ölkədə müsəlmanlar çoxluq təşkil etdiyi üçün hər yerdə məscidlər tikilirdi. Menderes bu şəkildə iqtidardakı yerini gücləndirdiyini zənn edirdi.

 

Bizdən ayrıldı və edam edildi.

Lakin bir çevrilişlə (27 may 1960) Menderes dövrü başa çatdı və sonunun belə olmasını istəmədiyimiz halda bütün komandasıyla bərabər edama getdi. Sadəcə, Cəlal Bayar (Türkiyənin 3-cü prezidenti) canını qurtara bildi, çünki mason idi. Papa Ronkalli və ya digər adı ilə XXIII Con, Vatikanın təzyiqi ilə onu edam olunmaqdan xilas edə bildi.

 

1980 hərbi çevrilişi bizim istəyimizlə baş verdi.

Həmin dönəmdə ölkədə solçular, sağçılar iqtidara gəlir və bizim istəklərimiz istiqamətində ölkə iqtisadiyyatını idarə edirdilər. Lakin ABŞ və Avropada inkişaf etmiş ölkələrin bazarlarında tələb azalmışdı və biz məhsullarımızı sata bilmirdik. Buna görə də digər inkişaf etməkdə olan ölkələrə tətbiq etdiyimiz planı Türkiyəyə daşımaq istədik və azad bazar iqtisadiyyatına keçmələrini, idxalın sərbəst buraxılmasını tələb etdik. İstəklərimizi qəbul etmiş görünsələr də, işin icrasını yubadırdılar.

 

Minlərlə türk gənci uydurma ideologiyalar uğruna can verdi

Sonda bu dilemma bildiyimiz “Ordo Ab Chaos” yoluyla öz həllini tapdı – yəni “Əvvəlcə xaos, sonra stabillik”. Təxribatlarımız vasitəsilə sağ və sol ideologiyalar arasında savaşlar başladı. Əslində, qabaqcadan təsdiqlədiyimiz Kipr müharibəsindən sonra ölkəyə tətbiq edilən sanksiyalar nəticəsində xalq canından bezmiş, ölkədə yağ və duz tapılmaz olmuşdu. Cinayətkarlar varlanır, xalq isə səfalət durumuna düşürdü. Ölkəyə göndərilən təxribatçılarımız üçün xalqı ayağa qaldırmaq heç də çətin olmadı. Ölkə sağçı və solçu olmaqla ikiyə bölündü və qarşıdurmalar başladı. Hadisələr elə bir vəziyyətə gəlib çatmışdı ki, küçə döyüşlərində hər gün əlli-altmış adam ölürdü. Bütün ölkə terror qorxusu altında əzilirdi.

 

Keçid dövrü və tənzimləmə

İnsanlar axşamlar küçələrə çıxa bilmirdilər. Hər an gülləyə hədəf olmaq qorxusu var idi. Minlərlə türk gənci uydurma idealogiyalar uğrunda can verirdi. Hökumət tez-tez dəyişir, lakin vəziyyəti idarə edə bilmirdilər. Sonra hərbi çevriliş (12 sentyabr 1980) oldu və hər şeyə son qoyuldu. Xalq ölkədəki dəyişikliyi hərbi çevrilişin nəticəsi olaraq görürdü. Çünki ölkədə terrora son qoyulmuş və stabil vəziyyət yaranmışdı. Əslində təxribatçılarımızın görəcəyi iş qalmamışdı, ona görə də səhnədən çıxmışdılar. Burada oynanılan oyun ondan ibarət idi ki, xalq ümidsiz və çarəsiz vəziyyətə salınmalı və onlara “xilaskar lider” təqdim edilməli idi. Ondan sonra bu lider nə edir-etsin, xalq onu qəbul edəcəkdi.

 

Turqut Özal qapıları istəklərimiz üçün sonuna qədər açdı.

Hərbi hökumət bir müddət dövlət idarəçiliyini əlində saxladı, sonra isə idarə etməni bizim münasib bildiyimiz liderə verdi. Bu, Turgut Özal idi. Turqut Özal bizim istəyimiz nəticəsində qapıları sonuna qədər açdı. Bizim şirkətlərimiz bu bakirə bazara canavar kimi hücum etdi. İlk vaxtlar qiymətləri çox aşağı salaraq rəqabət gücünü sıfıra endirdilər. Ölkə artıq Amerika və Avropa istehsallı mallarla dolmuşdu. Beləcə, inkişaf etməkdə olan ölkələrin hamısında tətbiq edilən bu planla həm bizlərdən aldıqları məhsulla şirkətlərimiz varlanırdı, həm də bu malların qarşılığı olan ödəmələri gerçəkləşdirə bilmələri üçün bizim maliyyə şirkətlərimiz və banklarımızdan aldıqları kreditlə borc bataqlığına yuvarlanırdılar. Turqut Özal bu planımızın həyata keçirilməsi üçün bütün qanunların qəbul olunmasına şərait yaradırdı.

 

Türkiyədə pul dost, ailə, vicdan kimi anlayışları unutdurdu.

Bu ölkə bizim qaydalarla o qədər tez ayaqlaşdı ki, heç bizim də düşünmədiyimiz xəyali ixracat kimi metodlar kəşf etdilər. İnsanlar artıq ən qısa və ən asan yolla pul qazanmağın ardınca düşdülər. Rüşvət, dövlət banklarının qarəti, siyasi tərəf dəyişmək, bunlara misal ola bilər. Türkiyədə pulun qiyməti getdikcə artdı – dost, ailə, dürüstlük kimi anlayışlar unuduldu və sadəcə pulu olanlara hörmət edilməyə başlandı. Bu dövrdə yerli sənaye transmilli şirkətlərin içində əriyirdi. Dövlət şirkətlərinə isə bizim istədiyimiz rəhbərlər təyin olunur və məqsədli şəkildə ziyana salınırdı. Sonunda bu şirkətlər ya bağlanır, ya da özəlləşdirmə adı ilə ucuz qiymətə bizə satılırdı.

 

“Kürd Dövləti Layihəsini” gerçəkləşdirmək üçün təşkilat yaratdıq.

Özal sonda bu sistemin gerçəklərini görərək özünü kapitalizmin çarxlarının arasına atdı. Ailəsini və ətrafını zənginləşdirməyə başladı. Ölkə elə bir vəziyyətə gəlib çıxdı ki, artıq Özalın ətrafından şahzadələr peyda olmağa başladı. Onda biz, “ölkə monarxiya dövrünə geri qayıdır”, – deyə düşündük. Əslində hər şey komediya imiş. Hər nə isə, ölkə vətəndaşlarının fikrini öyrənmək üçün Özalın kürd dövləti haqda danışmasını istədik. Kürd dövləti layihəsini həyata keçirmək üçün “…..” (Rokfeller həmin təşkilatın adını çəkmir – red.) adında təşkilat yaratdıq. Bu təşkilatla mübarizə aparmaq, ölkə iqtisadiyyatına çox böyük zərər verdi və hazırda Osmanlıdan qalan bir ovuc torpaqlarda varlığını davam etdirən Türkiyə, bizim hər bir istəyimizi qəbul edəcək vəziyyətə salındı. Zənnimcə, yaxın gələcəkdə torpaqlarından bir qədər, bir müddət sonra isə bizim üçün hələ də keçərli olan Sevr müqaviləsi çərçivəsində, bütünlüklə fədakarlıq etmək məcburiyyətində qalacaq.

 

Türkiyə haqqında bir az da danışmaq istəyirəm; çünki dünyadakı ən strateji mövqedəki ölkədir və bizim üçün çox önəmlidir. Səbəblərinə gəlincə:

İslamiyyəti Türkiyəni yıxmaqla başlamalıyıq

— Birincisi, Böyük İsrail dövləti torpaqlarının su qaynaqlarının önəmli bir qismi hazırda Türkiyəyə aiddir.
— İkincisi, Türkiyə müsəlman və demokratik bir ölkə kimi böyük nüfuza malikdir. İslamiyyəti yıxmaq istəyiriksə, əvvəlcə Türkiyədən başlamalıyıq.
— Üçüncüsü, Avropa və Asiya arasında körpü rolunu oynayır. Neft-təbii qaz kimi yeraltı sərvətlərə sahib Yaxın Şərq və Qafqaza hakim olmaq istəyiriksə, bu ölkə ovcumuzun içərisində olmalıdır. Yaxın Şərq demək olar ki, əlimizdədir. Qafqaz və Mərkəzi Asiyadakı digər türk dövlətləri isə yaxın gələcəkdə zərbələrlə qarışıqlığa boğulacaq və ovcumuzun içinə düşəcək.

Bu türklər əslində birləşib bir araya gəlsələr, qarşılarında heç bir güc dura bilməz. Ona görə də belə bir hadisənin baş verməməsi üçün agentlərimiz hər an tətikdə gözləyir. Türk dövlətlərindəki adamlarımız, liderlər arasında ən kiçik bir yaxınlaşma sezdikdə, anında birliyə mane olan hadisələr və zərbələr törətməklə bunun qarşısını alırlar.

— Dördüncüsü, Türkiyə bor mədənləri baxımından dünyanın ən zəngin ölkəsidir və bu sərvət yaxın gələcəkdə neftdən daha vacib bir hala gələcək.
— Beşincisi və bəlkə də ən vacibi isə, türklər mədəniyyətin beşiyidir. Onlar e.ə. 4000-ci illərdə Orta Asiyada baş verən böyük bir fəlakətdən sonra yaşadıqları yerləri tərk edib, Mesopotamiyaya və Rusiyadan keçməklə Avropaya gələn Aryanlar, yəni dünyadakı ən ali irq olaraq qəbul etdiyimiz Arilərdəndir. Avropadakı finlər, macarlar kimi bəzi millətlər də türk kökənlidir. Həmçinin Anadoluda böyük sivilizasiya quran hititlər və assurluların da türk kökənli olma ehtimalı yüksəkdir.

Mədəniyyətin beşiyi kimi türkləri qəbul edə bilməzdik

Mədəniyyətin beşiyi kimi türkləri qəbul edə bilməzdik, bu mirasa əl qoymalıydıq. Tam əksinə, min bir yolla bu mədəniyyətə əl qoyaraq onları bütün dünyaya barbar, haqq-hüquq tanımayan bir cəmiyyət kimi tanıtdıq və bunda da çox uğurlu olduq.

• Bu gün tək Tanrılı bir toplum olan Türkiyədə, bizim səylərimiz nəticəsində rüşvət, oğurluq, fahişəlik baş alıb gedir.

• Əslində insanlar tarix kitablarını açıb oxusalar, bütün həqiqətləri görəcəklər. Ancaq insan oğlu üçün eşitdiklərinə inanmaq yetərlidir. Oxumaq çox çətin gəlir. Mən də o ana qədər ən mədəni ulus olaraq ingilisləri görürdüm. Amma yanıldığımı öyrəndim.

Osmanlını yıxmaq çətin olmadı

 

Sizə tarixdən örnəklər verərək gücümüzü göstərmək istəyirəm. Birinci Dünya müharibəsi Avropada bizə qarşı olan imperiyaları dağıtmaq və ən vacibi Osmanlını parçalayaraq Yaxın Şərqdəki neft yataqlarını ələ keçirmək, İsrail dövlətinin yolunu açmaq üçün başladılmışdı. İsrailin qurucusu sayılan Teodor Herlz, o zamankı Osmanlı sultanı II Abdulhəmidlə görüşərək, bizim ailəmizin dəstəyi ilə Fələstin torpaqlarını satın almaq istədi. Lakin sultan buna qarşı çıxdı. Bizim üçün Osmanlı imperiyasını yıxmaq çox da çətin olmadı. Çünki sultanlar əsasən, türk qadınları yerinə fəth etdikləri ölkələrdən kölə olaraq gətirdikləri başqa din və irqlərə mənsub qadınlarla evlənirdilər. Təbii ki, Hürrəm sultan kimi bu qadınlar da zamanla ölkə idarəetməsində söz sahibi oldular və ölkəni məhvə götürən bir şəkildə idarə etməyə başladılar. Sultanlar isə dövlət idarəsinin əmin əllərdə olduğu düşüncəsi ilə zövq və səfaya dalmışdılar. Bu da Osmanlının çökmə dövrünü başlatdı. Mason təşkilatları tərəfindən insanların çıxardığı üsyanlarla torpaqlar itirilməyə başladı. Xəzinə plansız xərcləmələrlə tükəndi. Təbii ki, sonda yenə də bizim sərmayə və silah sənayesi şirkətlərimiz, onların sərvətlərini dəfələrlə mənimsədilər…

[bt_youtube url=”https://youtu.be/VtCs3-qLNAI” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

 

araz.az xəbər portalı.