ABŞ Türkiyənin fiziki və hüquqi şəxslərinə qarşı sanksiya hazırlayır.
“Report”un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.
Sanksiyalar Donald Tramp administrasiyasının qərarı ilə Türkiyə hakimiyyəti tərəfindən ABŞ vətəndaşları və bu ölkənin diplomatik missiyasının əməkdaşlarına qarşı cinayət təqibi səbəbindən tətbiq oluna bilər.
Qadağalar Rusiya təşkilatlarına, şirkətlərə və iş adamlarına qarşı tətbiq edilən məhdudlaşdırıcı tədbirlər modelinə uyğun olaraq hazırlanıb.
araz.az xəbər portalı.