Mərkəzi Afrika Respublikasında (MAR) 3 rusiyalı jurnalistin öldürüldüyü barədə məlumat yayılıb.
Axar.az “Assoşeyted Press”ə istinadən xəbər verir ki, Sibut şəhərində naməlum şəxslər tərəfindən öldürülən jurnalistlərin üzərində “İzvestiya” qəzetinin vəsiqələri olub.
Rusiyanın MAR-dakı səfirliyi xəbəri təsdiqləyib, lakin öldürülən şəxslərin 2-də vəsiqələrin aşkarlandığını bildirib.
Faktla bağlı araşdırma aparılır.
***
Rusiya mediasının məlumatına görə, öldürülənlər arasında Azərbaycan əsilli məşhur filosof Heydər Camalın oğlu Orxan Camal da var.
O, digər iki jurnalistlə sənədli filmin çəkilişlərində iştirak edirmiş.
***
Öldürlən digər 2 jurnalist də bunlardır: Aleksandr Rastorquyev və Kiril Radçenko
araz.az xəbər portalı.