eti

Etibar Məmmədov: “Mətbuatımız Ermənistana lazım olduğundan çox diqqət ayırır”

 “Bizim mətbuat Ermənistandakı məsələlərə lazım olduğundan çox diqqət ayırır”.

Bunu Moderator.az -a açıqlamasıdna AMİP sədri Etibar Məmmədov bildirib.

Partiya sədrinin sözlərinə görə, medianın Ermənistandakı daxili ziddiyyət və qarşıdurmalara həddindən çox nəzər salması, bu olaylarda Azərbaycanın maraqları naminə nələrsə axtarması məntiqli deyil:

“Müzakirələr elə səviyyədə gedir ki, sanki Sərkisyan gedib, yerinə Paşinyan gələndə Azərbaycanın xeyrinə nə isə dəyişəcək. Yaxud orada qarışıqlıq olanda nə isə ölkəmizin xeyrinə olacaq. Yaxud rus qoşunlarının ordan çıxıb-çıxmamasının ölkəmizə hansısa bir faydası olacaq və s. Bunların hamısı səmərəsiz müzakirələrdir. Ermənistan düşmən dövlətdir. Həmin düşmən dövlətin də müttəfiqi Rusiyadır. Bundan da çıxış eləmək lazımdır. Yalandan nələrəsə ümid etmək olmaz. Bizə lazım olan Qarabağdır. Bu münaqişənin həllində hər şey Azərbaycanın özündən asılıdır. Təbii ki, xarici faktorlar da nəzərə alınmalıdır”.

Seymur ƏLİYEV

araz.az xəbər portalı.