Son vaxtlar Lənkəran- Astara Regional Təhsil İdarəsinin tabeliyində olan Yardımlı rayon məktəblərində neqativ hallar artıb. Məktəb rəhbərlərinin özbaşınalıqları haqda tez-tez xəbərlər, faktlar, videolar yayılır. Bir maraqlı və təəssüf doğuran hal da Yardımlı rayon Bozayran kənd tam orta məktəbinin müəllimi Həmidxan Almasovun və başqa müəllimlərin narazılığına səbəb olaraq sayıtımıza müraciəti, ondan ibarətdir ki, son dönəmlər LARTİ – nin məsləhətçisi Şəhriyar Məmmədovun Yardımlı rayon bəzi məktəb direktorları ilə əlbir olaraq müəllimlərə qarşı sərt davranışları, qanunsuzluqları, hədə qorxuları müşahidə olunur. Müəllimlər haqlı-haqsız özlərinin xəbəri olmadan cərimələnir.

araz.az HədəfXəbər.Az-a istinadən xəbər verir ki, bir neçə gün öncə Yardımlı rayon Bozayran kənd məktəbində əsassız yoxlama aparan Şəhriyar Məmmədov, Yardımlıda Yeni Azərbaycan Partiyasının yaranmasında mühüm rolu olan, Uluöndər Heydər Əliyev idealogiyasını təbliğ edən, bu barədə rayon gənclərinə təmənnasız kurs keçən, dəfələrlə təltif olunan Həmidxan Almasovu və bir neçə müəllimi qeyri qanuni cərimə etməsi, onsuzda az maaş alan müəllimlərin əmək haqqından əsassız tutulmalar cəmiyyət tərəfindən və şəxsən H. Almasov tərəfindən mənfi qarşılandı.

Həmidxan müəllim son zamanlar Yardımlıda müəllimlərin nüfuzdan salınması onlara əsassız XOX gəlmə ilə müşaiət olunan bu qanunsuz prosesə etiraz edir. Bildirirlər ki, tədris başlayandan məktəbdə dərnəklər keçirilir, jurnal yazılır və onun müqabilində həmin müəllimlərə maliyyə vəsaiti ayrılıb. Ayrılan vəsait məktəb rəhbərliyinin imzası ilə təsdiq olaraq müəllimlərə ödənilib.

Neçə aylardır ki, keçdikləri dərnəyi birdən birə müəllimlərin, şagirdlərin xəbəri olmadan bağlı qapılar arxasında yoxlayırlar və çərimələyərək indiyə qədər alınan vəsaitləri geri tələb edirlər. Maraqlı məqamlar var, əyər bu günə kimi dərnəklər keçirilmirdisə bəs məktəb rəhbəri və rayon sektor müdiri bunu gormürdumü?, Görmüşdürsə bu günə kimi hansı tədbirləri görmüşdürlər?. Kimdir günahkar? Bəlkə bu bir maxinasiyadır? Haqsizliqla qarşılaşan müəllimlər şəxsən Baş Prokurorluqdan,

Əmək mufəttişliyindən və aidiyyatı qurumların bu məsələni araşdıraraq münasibət bildirməsini xahiş edirlər Almasov Həmidxan aidiyyatı qurumlara müraciət edərək bildirir ki, məktəbə gələn yoxlamadan hamının xəbəri olmalıdır, yoxlama aparilırsa müəllimin iştirakı ilə yoxlanmalıdır yoxsa gizli qapılar arxasında yox. Maddi maraq müqabilində kim xoşlarına gəlmirsə onu cərimələsinlər.

Almasovun özünün bildirdiyinə görə bu haqsızlıq barədə LARTİ – nin maliyyə məsələləri üzrə müavini Ehtiram Muxtarovla bu barədə telefonla danışıb.

Ehtiram Muxtarov cərimənin əsassız və qanunsuz olduğunu bildirsə də , onun səlahətində olmadığını bildirmişdir. Yardımlı müəllimlərinə XOX gəlməklə təhsilə qənim kəsilmiş, təhsilin keyfiyyətinə yox kəmiyyətinə önəm verən LARTİ- nin məsləhətçisi Şəhriyar Məmmədov isə ayrı aləmdir. Bu adam Yardımlı təhsilinin gələcək faciələrinin SOS siqnalıdır.

Hələ bu azmış kimi rəhbərlik etdiyi yoxlamada baş verən biabırçı “xadimə əməliyyatları”…tükürpədən digər təhsil işçisinə yaraşmayan olaylar və daha nələr, nələr… Bəs təhsil adamı olan Lənkəran- Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov nə düşünür? O, bu biabırçılıqların qarşısını alacaqmı? Həmidxan Almasov LARTİ nin müdiri Elxan Nəcəfova müraciət edərək məsələnin düzgün arasdırilaraq qiymət verilməsini istəyir. Almasov araşdırmanın düzgün getmədiyi halda pozulmuş hüquqlarının bərpa olunacağı üçün ali rəhbər orqanlara müraciət edəcəyini bildirdi.

Lənkəran – Astara Regional Təhsil İdarəsinin mövqeyini dərc edə bilərik…

Müəllif:Şikayətçi Həmidxan Almasov (HədəfXəbər.Az)

araz.az xəbər portalı.

araz.az xəbər portalı.