İran Ekspertlər Məclisinin üzvü, Tehranın cümə imamı və Əli Xameneinin yaxınlarından olan Əhməd Xatəmi yaz bayramının keçirilməsinə qaşı olduğunu deyib.

araz.az Axar.az-a istinadən xəbər verir ki, o, bayramın “islamlaşmasını” istəyib.

“Biz bayramın keçirilməsinə qarşı deyilik, sadəcə ənənəvi Novruz bayramı yerinə İslami novruz bayramının keçirilməsinin tərəfdarıyıq”, – Xatəmi bildirib.

Qeyd edək ki, Əli Xamənei bir neçə dəfə Novruz bayramı ilə bağlı oxşar fikirlər səsləndirərək, ənənəvi tədbirlər əvəzinə Məşhəd və Qum şəhərlərinə ziyarət səfərlərinin təşkil edilməsini təklif edib.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.