Şənbə günü, martın 11-nə keçən gecə İsrailin şimalındakı Emek İsrailin (İzreel vadisində) Nahalal kəndində müxalifətdəki “Yeş Atid” partiyasından olan Knesset üzvü Ram Ben-Baraka məxsus fermanın həyətyanı sahəsində yerləşən böyük qapalı samanlıq alovlanıb.
araz.az xəbər verir ki, bu haqda “9-cu kanal” məlumat yayıb.
Şimal Rayon Yanğından Mühafizə və Xilasetmə Xidmətinin 4 briqadası saatlarla yanğınla mübarizəni davam etdirib. Hazırda yanğın artıq nəzarətə götürülüb, indi yanğınsöndürənlərin vəzifəsi yeni yanğının qarşısını almaqdır. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.
Yamar mərkəzi polis idarəsinin müstəntiqləri yanğının qəsdən törədilməsindən şübhəlinirlər – aqrar terrorizm əlamətləri aşkar edilib.
Zərərçəkənin sözlərinə görə, yanğından dəyən ziyan təxminən 2.5 milyon şekeldir(təxm. 695 min dollar, yaxud 1 milyon 182 min AZN).
Mossad rəhbərinin keçmiş müavini, müavin Ram Ben-Barak Nahalal kəndində doğulub boya-başa çatıb. O, “Sayeret Matkal” xüsusi təyinatlı dəstəsində xidmət edib, orada zabit rütbəsi alıb. Hərbi əməliyyatlarda iştirak edib. Hərbi karyerasının çox hissəsini İsrail kəşfiyyatı “Mossad”da keçirib və onun rəhbəri vəzifəsinə üç namizəddən biri olub. O, İsrailin Vaşinqtondakı səfirliyində müşavir vəzifəsində çalışıb, Strateji Planlaşdırma Nazirliyinin baş direktoru və İsrail Kəşfiyyat və Atom Enerjisi Nazirliyinin baş direktoru vəzifələrində çalışıb. Bennett və Lapid hökumətində o, Knessetin Xarici Əlaqələr və Müdafiə Komitəsinə rəhbərlik edib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.