Əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, Mühəndis fizikası və elektronika kafedrasının müdiri Eldar Mehralı oğlu Qocayev vəfat edib.

araz.az Gununsesi.info-ya istinadən xəbər verir ki, bu barədə Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov məlumat verib.

Qeyd edək ki, mərhum Misir Mərdanovun qaynıdır.
Gununsesi.info bildirir ki, Eldar Qocayev, həmçinin DİN sabiq İstintaq İdarəsinin rəisi Nizami Qocayevin qardaşıdır.
Qocayev Eldar 1944-cü il dekabr ayının 10-da anadan olub. 1962-1967-ci illərdə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsində təhsil alıb. 1967-1972–ci illərdə Azərbaycan SSR Elmlər Akademiyası Fizika İnstitutunda işləyib,1987-ci ildə fizika üzrə professor elmi adına layiq görülüb.

1987-1990-cı illərdə Sumqayıt filialının elmi və tədris işləri üzrə prorektoru, 1989-cu ildə isə rektor əvəzi işləyib.

O, 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Əməkdar Elm Xadimi fəxri adına layiq görülüb.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.