Mərkəzi Bankın əməkdaşları üçün 1 il müddətinə 5.652 litr südün satın alınması üzrə tender tamamlanıb.Tenderdə “Sobran MMC” adlı firma qalib olub.
araz.az-ın məlumatına görə, bu barədə Rəşad Əliyev adlı vətəndaş “Facebook” hesabında məlumat paylaşıb.
O, paylaşımında qeyd edir ki, bankın əməkdaşları hər iş günü üçün təqribən 250 litr süd alırlar.
Xatırladaq ki, 2021-ci ildə Mərkəzi Bank üçün 19 litrlik qablaşdırılmış içməli dispenser suyun və bankın əməkdaşları üçün südün satın alınmasını elan etmişdi.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.