Qərbi Azərbaycan İcmasında “Dərələyəz şəhidləri” kitabının təqdimat mərasimi keçirilib.
İcmadan araz.az-a daxil olan məlumatda bildirilir ki, təbirin əvvəlində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Dərələyəz şəhidləri və kitab haqqında məlumatlar verildi. Qeyd edildi ki, kitabda Birinci Qarabağ Müharibəsində, Xocalı faciəsində, eləcə də 44 günlük Vətən Müharibəsində erməni faşistləri ilə amansız döyüşlərdə şəhidlik zirvəsinə yüksələn 110 nəfər Vətən övladı haqqında oçerklər toplanmışdır.
Tədbirdə şəhid ailələri, Dərələyəz ağsaqqalları, görkəmli elm xadimləri iştirak və çıxış ediblər.
Tədbirdə Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli, Qərbi Azərbaycan İcmasının Nəzarət-Təftiş Komissiyasının sədr müavini, millət vəkili Şahin İsmayılov, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvü, millət vəkili Səbinə Xasayeva da iştirak və çıxış ediblər.
Çıxış edənlər kitabın müəllifi, “Dərələyəz” qəzetinin təsisçisi və baş redaktoru Raqub Kamala bu şərəfli işi uğurla başa çatdırdığı üçün təşəkkürlərini bildirmişlər.
Tədbir sonunda kitab tədbir iştirakçılarına təqdim olunub.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.