Martın 5-də keçirilən buraxılış imtahanları ilə bağlı nazarazılıqlar vardı. Abituriyentlər sualların çətin olduğunu idda edirdilər. Dünənki buraxılış imtahanı da söz-söhbətsiz ötüşmədi. Abituriyentlər iddia edirlər ki, dünən imtahan martın 5-də keçirilmiş buraxılış imtahanından çətin olub.
Doğrudanmı, abituriyentlər arasında ayrıseçkilik olub?
araz.az bildirir ki, təhsil ekperti Kamran Əsədov Yenisabah.az a mövzu ilə bağlı açıqlama verib. Əsədovun fikrincə, aparılan təhlilər nəticəsində məlum olub ki, 12-də keçirilən imtahanda Azərbaycan dili və riyaziyyat fənni üzrə suallar 5-i keçirilən imtahan suallarından çətin olub:
“Xüsusilə riyaziyyat fənnindən olan sualları cavablandırarkən şagirdlər daha çox vaxt itirib. Azərbaycan dilindən mətn tipli suallar kifayyət qədər uzun olub, şagirdlər bu sualları oxuyub bitirənə kimi xeyli vaxt sərf etməli olublar. İmtahan prosesi çox stressli olur. Təssüflər olsun ki, Dövlət İmtahan Mərkəzi həmin sualları imtahandan sonra açıq müzakirəyə çıxarmır. Bunu sualların azlığı ilə əsaslandırırlar. Düşünürəm ki, iki mətnin müzakirəyə çıxarılması Dövlət İmtahan Mərkəzinin sual bazasına heç bir mənfi təsir göstərməz. Təəssüf ki, Elm və Təhsil Nazirliyi, ümumiyyətlə, imtahan prosesinə, şagirdlərinin həyatı ilə bağlı vacib olan suallara münasibət bildirmir. Bu yaxşı hal deyil”.
“Ümumilikdə dünən keçirilən imtahanı çətin imtahan kimi nəticələndirdik. Abituriyentlərin hamısının nəticələri yaxşı olmayacaq. Çünki 85 suala cavab yazmağa vaxt çatmayıb. Kifayyət qədər şagird bildirir ki, cavabları bilsək də təhlil, hesablama tələb edən suallar vaxtımızı daha çox aldığı üçün digər suallara cavab yaza bilmədik”, – ekspert fikrini tamamlayıb.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.