Qarşıdan gələn, üstündə doğulub, boya-başa çatdığımız Yerin əbədi dostu gözəl Bahar fəslinə aid əziz Novruz Bayramımızla vusala tələsən və çərşənbələrimizin ən təmtəraqlısı olan, insanın yaradılış mifindən qaynaqlanan, Ana Vətən, yurd, el-oba anlayışı ilə də bağlanan, bu xoş gündə, oyanması ilə təbiətimizə gözəllik çalarları vuran müqəddəs Torpaqdan ad götürən İlaxır Çərşənbə münasibəti ilə, doğma-yaxınlarınla bərabər, Səni, səmimi qəlbdən təbrik edir, hamınıza öncə möhkəm can sağlığı, xoşbəxtlik, səadət diləyir, arzu-istəklərinizin çin olmasını arzulayıram!

Böyük Allahdan diləyim budur ki, İlaxır çərşənbədə oyanan müqəddəs Torpaq evinizi daim hərarət mənbəli od-ocaqlı və firavan etsin, bu gözəl gün süfrənizə ruzi-bərəkət gətirsin! İlaxır çərşənbədə oyanan müqəddəs Torpaqdan Ana Vətənə firavan həyat, bütün xalqımıza da, xoşbəxtlik və səadət, ruzi-bərəkət və möhkəm can sağlığı istəyirəm!

Torpaq çərşənbəniz mübarək olsun!

Dərin hörmət və ehtiramla,
Hüseyn ƏZİZOĞLU,
“Araz Media Qrupunun, araz.az xəbər portalının rəhbəri.

araz.az xəbər portalı.