erdogan herbi salam e1607454581720

Prezident Ərdoğan Kılıçdaroğlunun namizədliyi ilə bağlı partiyasının qrup toplantısında ilk açıqlama verib.

araz.az Mia.az-a istinadən  xəbər verir ki, Ərdoğan Kamal Kılıçdaroğlunun namizədliyindən danışarkən deyib: “Nəhayət, sonda Bay Kamal kimisə qabağa verib arxada gizlənmək əvəzinə, qarşımıza çıxmaq, sahədə bizimlə yarışmaq cəsarətini göstərdi. İnşallah, 6 partiyanın namizədi ilə yarışacağıq. 14 may tarixinə qədər demokratik bir şəkildə 6 partiyanın koalisiyasına lazım olan yeri göstərəcəyik”.

Ərdoğan daha sonra “6-lı Masa”dan danışıb: “Daha ortada fal yox, yumurta yoxkən bunların özlərini qapdırdıqları ehtiras küləyi qarşısında insanlıq adına, oradakı məzlumlar adına biz utandıq. Baxaq, irəliləyən günlərdə nələr görəcəyik, nə cür oyunlarla tanış olacağıq…”.

Ərdoğanln sözlərinə görə, prezidentliyə namizəd olan şəxs idarəetməni bilən olmalıdır: “Soruşurlar ki, neçıə müavinin olacaq? Prezidentin 1, 5, 1500 vitse-prezidenti ola bilər. Bir başqan müavini ilə bu ölkə necə idarə olunacaq demişdi? İnid gəldi 1500-ə qədər köməkçi təyin oluna biılər sözünə. O “Masa”nın ətrafında toplananlara bir şeylər paylanacaq deyə yetərli saya vitse-prezident postu yaradırlar. Sanırlar ki, mənim millətim bixəbərdir, mənim millətim bunları udmaz. Millət 14 mayda bunlara gərəkli cavabı verəcək”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.