putin77 (4).jpg

Rusiya Prezidenti Vladimir Putin Dağıstan-Azərbaycan-İran yolunun tikintisini tezləşdirməyi təklif edib.

araz.az yerli KİV-ə istinadən bildirir ki, V. Putin Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının qurultayında çıxışı zamanı Dağıstan-Azərbaycan-İran yolunun tikintisini sürətləndirməyi və maliyyə mənbələrini dəqiqləşdirməyi tapşırıb. Rusiya Prezidentinin sözlərinə görə, Şimal-Cənub dəhlizi kimi, bu yola da hər zaman ehtiyac olacaq.

O vurğulayıb ki, mürəkkəb geosiyasi vəziyyətə baxmayaraq, yolun inşasına bütün tərəflər razılıq verib.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.