araz.az RegionXəbərləricom.az-a istinadən xəbər verir ki, Göyçay rayon 106 saylı Peşə Liseyinin yataqxanasında məskunlaşan bir qrup şəxs video müraciət edərək məhz ölkə başçısı cənab İlham Əliyevdən kömək istəyirlər.
Onların bildirdiyinə görə, dəfələrlə rayonda fəaliyyət göstərən aidiyyəti qurumlara öz etirazlarını bildirsələr də, problemləri həll olunmur ki, olunmur. “Azərsu” ASC Göyçay Su Kanal İdarəsi (Kazım adlı cavabdeh) vətəndaşlara büdcədə vəsait olmadığını, ona görə də köməklik göstərə bilməyəcəklərini deyirlər. Üstəlik bina Elm və Təhsil Nazirliyinin balansında olduğu üçün, nazirliyə müraciət etmək lazım olduğunu tövsiyə edirlər. Həmçinin, Göyçay “Şəhər Təsərrüfatı Birliyi”nin Mənzil Sahəsi də qəzalı durumda olan yataqxana qətiyyən təmir işləri aparmaq istəmir. Halbuki binanın kanalizasiya sistemi yararsız vəziyyətdədir. Bir sözlə, məsuliyyətdən yayınmaq məqsədilə hər bir idarə cavabdehliyi digər qurumun üzərinə atmaqdadır.
Eyni zamanda sakinlər deyir ki, onlar Göyçay Rayon İcra Hakimiyyəti başçısı Natiq Ağayevin də qəbulunda olublar. İcra başçısı problemin həlli istiqamətində öz tapşırığını versə də, Göyçay Su Kanal İdarəsi yataqxana sakinlərinə nə su verir, nə də ki, binanın divarlarını rütubətli və nəmişlik içərisində saxlayan dərilmiş kanalizasiya borularının təmir olunmasına köməklik göstərirlər…
araz.az xəbər portalı.
araz.az xəbər portalı.