2023-cü il mart ayının 18-də Qərbi Azərbaycan İcmasının binasında Qafan rayonu üzrə icmanın iclası keçirilib.
araz.az xəbər verir ki, iclasa Qafan İcmasının rəhbəri Eldar Abbasov sədrlik edib.
İclası giriş sözü ilə açan İcmanın rəhbəri professor Eldar Abbasov açaraq Qafan icmasının növbəti iclasının gündəliyini açıqlayıb.
Gündəlikdə Qafan İcmasının təşkilatlanma məsələlərinin başa çatdırılması, Qafan şəhəri və kəndləri üzrə icma sədrlərinin vəzifələrinin müəyyənləşdirilməsi, 1988-ci ildə Qafan rayonundan deportasiya olunmuş şəxslərin siyahılarının tamamlanması ilə bağlı görülən işlərin müzakirəsi, Qafan rayonundan olan şəhidlərin siyahılarının və onlar barədə məlumatların toplanmasın işlərinin yekunlaşdırılması, Qərbi Azərbaycan İcmasının fəaliyyətinə dəstək məsələsinə baxılıb.
İclasda QAİ-nin şöbə müdiri Qalib Qasımov çıxış edərək QAİ-nin strukturu və rayon və kənd icmalarının təşkilati strukturu haqda məlumat verib. Rayon və kənd icma sədrlərinin fəaliyyət istiqamətləri, hüquq və vəzifləri haqda danışıb.
Daha sonra Qafan icmasının üzvləri Nazim Qasımov, Baxşeyiş Əlişov və başqaları Qərbi Azərbaycan İcması tərəfindən görülən bütün işlərə dəstək göstərmək, siyahıları tamamlamaq, icma iclaslarında irəli sürülən təkliflərin icrasına yönəlmiş fəaliyyətlərə qoşulmağın vacibliyini qeyd ediblər.

araz.az xəbər portalı.
araz.az xəbər portalı.