Dini, milli bayramlarda, xüsusi günlərdə hər zaman aztəminatlı ailələri sevindirən xeyriyyəçi-şair Gülağa Tənha bu il də ənənəsini sadiq qalıb.

araz.az xəbər verir ki, xeyriyyəçi-şairin təşəbbüsü və maliyyə dəstəyi ilə baş tutan aksiya Masallı rayonu, Ərkivan qəsəbəsində ziyarətgah kimi tanınan “Şah Səfi” və Gülağa Qənbərov tərəfindən inşa edilən “Mərasim Evi”nin həyətində baş tutub.

Novruz bayramı sovqatı Masallı rayonu və Lənkəran şəhərindən xeyriyyəçiyə müraciət edən qazilər, şəhid və digər aztəminatlı ailələr olmaqla ümumilikdə 200 ailəyə verilib.

ALLAH adamı, xeyriyyəçi-şair Gülağa Tənhanın yardım aksiyasını “ƏRKİVANIM” feyzbuk qrupunun fəalları tərəfindən həyata keçirilib.











araz.az xəbər portalı.

araz.az xəbər portalı.