Rusiya Qərb qarşıdurması Cənubi Qafqaz regionunda da dərinləşir. Bunun hər hansı bir formada özünü yaxın perspektivdə göstərəcəyi şübhəsizdir. Azərbaycanın həm Rusiya və həm də Qərbi təmsil edən Avropa ölkələri və Aİ-nın rəhbərlıri ilə təmaslarının intensivləşməsi münasibətlərdə istuqamətin müəyyın edilməsi kimi qiymətləndirilməlidir. Rusiya və Qərb üçün əsas məsələ Xankəndi və ətraf ərazilərlə bağlı məsələnin özü yox, onun vasitəsi ilə regionda öz maraqlarını təmin etməkdir. Həm Rusiyanın, həm də Qərbin Azərbaycanın Xankəndi və ətraf əraziləri ilə bağlı, eləcə də Ermənistan – Azərbaycan münasibətlərinə öz baxış bucağı var. Rusiyanın istəyi Ermənistan – Azərbaycan münasibətlərinin indiki vəziyyətdə qalmağında, Xankəndi və ətraf ərazilərin Azərbaycana inteqrasiyasına mane olmaqla konfliktin tam bitməsini əngənləmək və bununlada özünün regionda mövcudluğunu uzatmaqla Qərbin regionda oturuşmasının qarşısını almaqdır.

Qərbin isə Rusiyaya qarşı tamamilə əks planları var. Paradoksal olsa da Qərbin Rusiyanı regiondan çıxarmaq üçün Ermənistan Azərbaycan arasında həm sülh və həm də yeni müharibə ssenarisi yer alır. Qərbin həm sülh və həm də müharibə planları hər iki halın nəticəsi kimi Rusiyanı regiondan çıxarır. Birinci halda Qərbin moderatorluğu ilə yekun sülhün əldə edilməsi, Rusiyanı “təhlükəsizliyin təminatı” bəhanəsindən məhrum efir və onu gərəksiz vəziyyətə salır. Yeni müharibə də eyni ilə Rusiyanı 10 noyabr 2020-ci il üçtərəfli bəyannaməsinin icrasının qarantı kimi öhdəliklərini icra edə bilmədiyinə görə təsir imkanını və nüfuzunu itirərək regionu tərk etmək məcburiyyətinə gətirir.

Göründüyü kimi, hər iki rəqib üçün Cənubi Qafqaz maraq dairəsi olduğu üçün Azərbaycan çox çətin delema qarşısında olduğu görünür. Qərb Rusiyanı müəyyən mənada qabaqlasa da, Rusiya mövqeyini “döyüşsüz” verməyəcək. Rusiyanın atacağı addımlar ümumi prosesi də gecikdirə bilər. Rusiya Təhlükəsizlik Şurasının müavini, sabiq prezident Dmitri Medvedev dünənki açıqlaması ilə faktiki Qərbə meydan oxudu. Qara dəniz üzərimdə ABŞ-a məxsus PUA-nın Rusiya hərbi təyyarəsi ilə vurulması da həmin qarşıdurmanın görünən detallarıdır.

17 martda Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Rusiya prezidenti Vladimir Putinin həbsi barədə order verməsi vəziyyəti ən son həddə qədər daha da gərginləşdirəcək çünki, BCM hər hansı şəxs barəsində qiyabi qərar çıxarmır və həmin şəxsin faktiki fiziki həbsi mütləqdir.

Qərb Rusiya qarşıdurmasının Cənubi Qafqaz meydanında hər şeyin bu iki rəqib tərəfindən müəyyən ediləcəyini düşünmək də reallıqdan uzaq yanaşmadır, çünki, Azərbaycan öz güclü ordusu, iqtisadiyyatı ilə nüfuz və təsirini xeyli artırıb, Rusiya – Ukrayna müharibəsi fonunda isə Qərb üçün çox vacib tərəfdaşa çevrilib. Avropanın Rusiya enerji daşıyıcıların asılılığının ləğvi və alternativi, paralel olaraq həm də yaşıl və bərpa olunan enerji təhcizatının həyata keçirilməsinin Azərbaycan olması, Azərbaycanın özünə Rusiya və ya Qərb ssenarisini, yaxud sülh və ya müharibə variantını seçmə, real həyata keçirmək və ya digər hər hansı gediş etmək imkanı verib və ən əsası da odur ki, hər bir tərəfin Azərbaycanla hesablaşmamağı mümkün deyil.

Vüqar DADAŞOV,
politoloq, hüquqşünas, AJB və AYB-nin, Milli Cəbhə Partiyası Siyasi Şurasının üzvü, Qarabağ qazisi.

araz.az xəbər portalı.