2018-08-10-17-25-53222y.jpg
Dünyanın ən böyük çay adası olan Majulinin son 70 ildə az qala yarısından çoxu sular altında qalıb və 20 il ərzində tamamilə bata bilər. Adanın yox olmaq təhlükəsiylə qarşı-qarşıya olmasının səbəbi isə torpaq aşınmasıdır. 1991-ci ildən bu yana 35-dən çox kənd sular altında qalıb, buna görə Hindistan hökuməti bu adanı necə qurtarmağı yollarını arayır.

 
Jadav Payeng 1979-ci ildə 16 yaşında idi və təsadüfən çox sayda ölü ilanla qarşılaşır.
İlanlar dayaz bölgələrdəki ağaclarda gizlənirdi, sel səbəbi ilə ağaclardan ayrıldılar və yüksək istilik səbəbi ilə öldülər.
 
 
 
 
Elə bu vaxt Jadav bir qərar verir. Gördüyü hər yeri ağacla doldurur. Majulini qurtarmaq istəyirdi.
39 ildir heç dayanmadan ağac əkir və gücü çatdığı qədər də əkəcəyini dilə gətirir.
Yorulmadan davamlı çalışdı və Nyu-Yorkdakı Central Parkdan (340 hektar) daha böyük olan 550 hektarlıq bir sahəyə ağac əkdi.
Bu meşə Bengal pələngləri, Hindistan kərgədanları və hətta 100-dən çox fil üçün uyğun bir sahə halına gəlib.
Bunları heç bir qarşılıq gözləmədən etdi, tək istədiyi Majulinin yox olmaması idi.
Majulinin batma səbəblərindən bir də insanların Brahmaputra çayı üzərinə qurduqları torpaq setləridir.
Turan

araz.az xəbər portalı.