RUSİYADA KEÇİRƏCƏYİMİZ BU TƏDBİRİMİZ DƏ MÖHTƏŞƏM OLACAQ

Mirkazim_Seyidov.jpg
Mirkazım SEYİDOV,
Rusiyadakı Türkdilli Xalqlarla Slavyan Xalqları arasında “Sodrujestvo”
(“Əməkdaşlıq”) Fondunun rəhbəri, Azərbaycan Respublikaçılar
Partiyası sədrinin birinci müavini, Rusiya və Azərbaycan Yazıçılar
və Jurnalistlər birliklərinin üzvü, şair-publisist.

1c6bbce4-a8e8-4bb9-a58a-bf9d41a8cd48.jpgTarixin həssas məqamlarında dövlət, dövlətçilik anlamlarının müqəddəsliyini daha dərindən dərk edir, bunu, şərəf məsələsi olaraq, bütün dəyərlərdən üstün tutursan. Məhz buna görə də, dövlətçiliyimizin daha bir sınaq imtahanı olan, düşmən qüvvələrin məkrli planlarına uyğun törədilən Gəncə terroru da, Vətən sevgisini hər şeydən yüksəkdə tutanları daha çox narahat etdi. Narahat insanlar sırasında mənimlə bərabər, uzun zamandır rəhbərlik etdiyim və Rusiya Federasiyasının Novosibirsk vilayətində fəaliyyət göstərən nüfuzlu Türkdilli Xalqlarla Slavyan Xalqları arasında “Sodrujestvo” (“Əməkdaşlıq”) Fondunun üzvü olan, ölkəmizdə baş verən hadisələrə heç vaxt seyrçi qalmayan fəal diasporçularımız da çox idi. Çox təəsüf ki, bu qanlı olaylar, eləcə də ölkəmizi enerji böhranında qoyan Mingəçevir qəzası həm də qonşu Rusiyada bizə böyük sevinc bəxş etmiş bir məqamda baş verirdi; Yəni, həmin vaxt, biz, Fondumuzun xətti ilə, Federasiyanın Novosibirsk kimi böyük regionunda keçirilməsini planlaşdırdığımız möhtəşəm bir tədbiri – Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyini və ulu öndər Heydər Əliyevin 95 illiyini təntənəli sürətdə qeyd etməyin əlaqədar dövlət qurumlarından bizə sevinc bəxş edən rəsmi icazəsini alırdıq.
Bir daha deyim ki, 100 illik yubileyini bu yaxınlarda böyük coşqu ilə qeyd etdiyimiz müstəqil Azərbaycan Respublikasının ilk istiqlal paytaxtı Cavad xan yurdundan ardıcıl aldığımız bu bəd xəbərlər, mənim kimi, taleyini Rusiya ilə bağlayan minlərlə soydaşımızı da olduqca sarsıtdı. Törədilən bu qanqaraldıcı hadisələrdən dərhal sonra, Rusiyada böyük nüfuza malik təşkilatımız adından, həmin hadisələrin əsl qiyməti olan olduqca kəsərli Bəyanat da verdik. Təsirli və düşündürücü sözlərdən ibarət hər sətri müzakirə edilmədən qələmə alınmamışdı deyə, bu Bəyanatda narahat Azərbaycan cəmiyyətinin bütün sosial təbəqələrinin fikirləri öz əksini tapırdı. Ən əsası o idi ki, biz bu hadisələri, doğma Vətəndə gedən hərtərəfli inkişafı gözü götürməyən düşmən qüvvələrin məkrli planlarının tərkib hissəsi kimi qəbul etdiyimizi bildirib, baş verən bu acı olayları Azərbaycan dövlətinə və onun layiqli başçısının hakimiyyətinə qarşı xarici ölkələrdəki mənfur düşmənlərimizin çoxdan hazırladıqları birbaşa terror aktı kimi qiymətləndirirdik.
Azərbaycan dövlətinin artan gücü əleyhinə xarici kəşfiyyat güclərinin daha zərərli yöndən istiqamət verdikləri bu terror olaylarına qarşı, daim dövlətimizin və onun rəhbəri möhtərəm İlham Əliyev cənablarının yanında olacağımızı da, Bəyanatımızda xüsusi vurğulayırdıq.
Onu da qeyd edirdik ki, düşmənin belə iyrənc planları Vətəni daha dəhşətli təhlükələrlə üz-üzə qoymağa hesablanıb və harada yaşamasından asılı olmayaraq, xaricdəki hər bir soydaşımız Azərbaycan naminə ayıq-sayıq olmalı, yaşadıqları ölkə ictimaiyyətlərinin bütün təbəqələri, siyasi qurumları arasında səmimi münasibətlər yaratmaqla, dəhşət dolu belə hadisələrin iç üzünü açıb onlara göstərməyə hər an hazır olmalıdırlar.
Onsuz da, həmin hadisələrin törədilmə səbəbləri, elə, bizim Bəyanatımızda göstərilənlər kimiydi. Bunu başqa yönə yozmağın heç bir mənası da yox idi.
Yaxşı bilirik ki, Azərbaycanın böyük ölkələrdəki düşmənlərinin daha güclü arxa-dayağı olan diaspor qurumları var. Və onların vasitəsilə, düşmən qüvvələr tərəfindən ölkəmizdə baş verən bu cür qanqaraldıcı hadisələrə həmişə başqa yöndən “don geydirilir”. Halbuki, üzləşdiyi belə çətin durumlarda, Azərbaycan da güclü olacaq diasporu vasitəsilə böyük işlər görə bilər, əsl həqiqətlərin dünyaya çatdırılmasında əlindən gələni əsirgəməzdi.
Bütün bunlar, Azərbaycanda gedən hərtərəfli inkişafı gözü götürməyən düşmən qüvvələrin məkrli planlarının açıq-aşkar tərkib hissəsi olduğundan, hər bir azərbaycanlı bilməlidir ki, onların bu iyrənc planları ölkəmizi daha dəhşətli təhlükələrlə üz-üzə qoymağa hesablanır. Son nəticədə, mənfur düşmənin öz iyrənc hərəkətlərini ölkəmizdəki məmur özbaşınalığı ilə sığortalamağa, bu yolla baş verən əsl terrora başqa yöndən “don geydirməyə” çalışması da, bizim üçün ağır bir yükə çevrilir. Öz müstəqilliyini olmazın çətinliklər hesabına yenidən bərpa edən respublikamızın da, belə güclü diaspor təşkilatlarına çoxdan ehtiyacı var.
Əslində, diasporumuz Azərbaycan dövlətinin xarici siyasətinin tərkib hissəsi olduğundan, bu sahəyə xüsusi diqqət də var. Əsası ulu öndər tərəfindən qoyulan Diasporlarla İş üzrə Dövlət Komitəsi, bütövlükdə, Azərbaycan diasporunun dünya səviyyəsində yaradılıb, formalaşmasına nail ola bildi. Bu sahədə əvvəlcə güclü gedən iş, sonradan diaspor təşkilatları arasında gedən çəkişmələr nəticəsində getdikcə zəiflədi, Komitə rəhbərlərinin yarıtmaz fəaliyyətləri sonda görülən möhtəşəm işləri heçə endirdi. Eyni zamanda, ölkədaxili ictimai-siyasi proseslər, məmur özbaşınalığı da, xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarımızın normal fəaliyyətlərinə müəyyən mənada mənfi təsir göstərdi. Nəticəsi isə, göz qabağındadır!..
…Bu yerdə, yazıya bir haşiyə olaraq əlavə etmək istərdim ki, yaradıcılığı müxtəlif mükafatlara layiq görülən şair-publisist kimi, mən onlarla maraqlı kitabımı Azərbaycan həqiqətləri, ulu öndər ideyalarının qələbə çalması naminə qələmə almışam. Diaspor quruculuğu sahəsindəki səmərəli fəaliyyətimə, mədəniyyətimizin inkişafındakı xidmətlərimə görə, respublika prezidentinin sərəncamlarıyla, əvvəlcə “Tərəqqi” medalı, sonra isə, III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişəm. Onu demək istəyirəm ki, mən, Azərbaycan Respublikasının və Rusiya Federasiyasının ictimai-siyasi həyatlarına dərindən bələd olan bir fəal bir diasporçu və qələm adamıyam. Bütün bunlar mənim xaricdəki Azərbaycan diasporunun durumu ilə bağlı söz deməyimə imkan verir. Məhz, elə, buna görə də, açıq-aşkar onu bildirirəm ki, Azərbaycan diasporu çox acınacaqlı durumdadır və vəziyyəti olduqca təəssüf doğurur. Xatırladım ki, bir müddət öncə Milli Məclisin üzvlərindən birinin Rusiyada yaşayan soydaşlarımız barədə səsləndirdiyi məsuliyyətsiz fikirlər, o cümlədən, əsası Heydər Əliyev tərəfindən qoyulan Diasporlarla İş üzrə Dövlət Komitəsinin bu məsələyə reaksiya verməməsi nəinki burada yaşayıb, fəaliyyət göstərən çoxsaylı ziyalılarımızı və iş adamlarımızı, eləcə də adi insanlarımızı belə müəyyən mənada incik saldı. Bu məsələ, ümumi mənada, çox mənfi bir hal kimi bütövlükdə Azərbaycanımızın xeyrinə olmadı. Eyni zamanda, Azərbaycandakı məmur kontingentinin bəzi nümayəndələrinin Rusiyada fəaliyyət göstərən diaspor nümayəndələrinə – bunların əksəriyyəti iş adamlarıdır – doğma münasibət bəsləməmələri, bu insanları ölkəmizdən incik salmaqla yanaşı, həm də Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunun qarşısını aldı.
Dünya Azərbaycanlılarının III qurultayında ölkə başçısı, çox hörmətli İlham Əliyev cənabları, bütün mənfi hallarla bağlı, çoxlu iradlar səsləndirmiş və öz tövsiyyələrini vermişdi. Əsas tövsiyyələrdən biri ondan ibarət idi ki, diaspor təşkilatları öz aralarındakı mövcud problemləri təcili aradan qaldırmalı, səfirlik və konsulluqlarla iş mexanizmlərini operativ hala gətirməli idilər. Çalışmaq lazım idi ki, bu problemlər aradan qaldırılsın. Lakin bu olmadı, prezident tövsiyyələrinin həyata keçirilməsinə belə əməl olunmadı. Təşkilatların vahid birliyinə nail olmaq heç kəsi maraqlandırmadı. Çünki, diaspor təşkilatlarımızın fəaliyyət istiqamətlərini indiyədək hansısa vahid qurum yox, onları yaradan şəxslər müəyyənləşdirir. Bu şəxslər arasında olan münaqişə və iddialar, dövlətimizin və xalqımızın ümumi mənafeyi naminə olan diaspor birliyinə imkan vermir: Rusiyada diaspor təşkilatlarımız, demək olar ki, qəbilə formasında ayrı-ayrılıqda fəaliyyət göstərir. Və buna görə də, bunun müsbət nəticəsi indiyədək ortada yoxdur. Onu da deyim ki, təşkilatlar arasındakı əlaqəsizlik və narazılıq mühitindən yerli hakimiyyətlər də böyük məharətlə istifadə edirlər. Rusiyanın müəyyən dairələrinin Azərbaycana qarşı münasibətlərini hamımız çox yaxşı bilirik; Bunu, uzaq olmayan tariximizə nəzər saldıqda belə aydın görmək olur. Belələri, bu gün Rusiyada Azərbaycan dövlətinin əleyhinə fəaliyyət göstərən düşmən qüvvələr tərəfindən maliyyələşərək, hər vəchlə xalqımız və mövcud hakimiyyət əleyhinə cürbəcür iyrənc iftiralar yağdıran “azərbaycanlıların” yaratdıqları “təşkilatlar”dan məharətlə istifadə edirlər… …Nədən, Azərbaycan terrorla üzləşdiyi çətin bir durumda belə, güclü olan diaspor təşkilatları ilə, təsirli işlər görə, əsl həqiqətlərin dünyaya çatdırılmasında onun fəal diasporçuları öndə ola bilməsinlər?! Nədən, xarici ölkələrdə məskunlaşan həmyerlilərimiz doğma Vətənlərinin ikinci böyük şəhərinin rəhbərinə atılan gülləni, birbaşa dövlətimizə, milli dövlətçiliyimizə qarşı atılan güllə kimi qəbul edib, sarsıntı keçirməsinlər?! Nədən, Diaspor Komitəsi ümumxalq və ümumdövlət əhəmiyyətli məsələlərin müzakirəsi zamanı nüfuzlu diaspor təşkilat rəhbərlərinin, tanınmış təşkilat nümayəndələrinin iştirakına zəmin yaratmır, həlli vacib məsələlərdə şəxsi münasibətlər önə çəkilir, hər bir şəxsin, hər bir təşkilatın güc əmsalının fərqinə varmadan, bundan ümummilli məqsədlər naminə istifadə edilir?!.
Cavabını hələ də ala bilmədiyimiz bu və bu kimi narahat suallar, mənim kimi, Vətən təəssübü çəkən çoxlarını illərdir narahat edir. Doğrudan da, halal dədə-baba Qarabağ torpaqları işğal ediləndən mənəvi sarsıntı keçirən Azərbaycanımız üçün, onun diasporları ilə iş sahəsində dövlət siyasətinin həyata keçirilməsini, xaricdə yaşayan azərbaycanlılar, eləcə də onların təsis etdiyi diaspor təşkilatları, habelə ölkəmizə dost münasibət bəsləyən digər xalqların diasporları ilə əlaqələrin genişləndirilməsini və inkişaf etdirilməsini, dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının bu sahə ilə bağlı fəaliyyətinin əlaqələndirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanının – Diasporla İş üzrə Dövlət Komitəsinin beynəlxalq səviyyədə hərtərəfli genis işinə ehtiyacı həmişə böyükdür. Komitənin öz işinə günü-gündən daha məsuliyyətlə yanaşması daim mühüm əhəmiyyət daşıyır.
Di gəl ki, biz, hələ də istədiklərimizi görmürük. Bir sözlə, Komitə rəhbərlərinin yarıtmaz işləri istəklərimizin reallaşmasına imkan vermir. Ümumiyyətlə, diaspor təşkilatlarını məsuliyyətli olmağa vadar etmək mütləq vacib olsa da, Diaspor Komitəsi buna da laqeyd yanaşır. Xarici ölkələrdə fəaliyyət göstərən bütün diaspor təşkilatlarının iş mexanizminə nəzarət edə, onların hesabatları əsasında düzgün analiz apara, fəaliyyəti və güc göstəriciləri zəif olan təşkilatları dirçəldə bilməyib. Bu cür olmasaydı, yəqin ki, diaspor təşkilatlarımız arasında ümumi mənafe xeyrinə rəqabət başlayar, dinamika yüksələr və son nəticədə, onlar vahid siyasi gücə çevrilə bilərdilər. Diaspor təşkilatlarımızın stimullaşması, fəaliyyətlərinin yüksəlməsi, operativliklərinin artması üçün, möhtərəm prezidentimizin də tövsiyyə etdiyi kimi, doğma Vətənlə onların əlaqələrinin sürətlənməsinə önəm verilməlidir. Vətənlə yaranacaq birbaşa bağlılıq, həm də, Azərbaycan hakimiyyətindən, vəzifəli şəxslərdən asılı olan bir məsələdir. Diaspor nümayəndələrinə doğma Vətəndə xüsusi sevgi, xoş münasibət bəslənəcəyi halda, Azərbaycan güclü diaspor təşkilatlarına nail ola bilər. Bu, həm də sevimli dövlətimizin xoş gələcəyi naminə möhtərəm prezidentimizin apardığı hərtərəfli möhtəşəm siyasətə böyük bir dəstək olardı. Belə olan təqdirdə, milli diasporumuz da ciddi inkişaf edərdi. Əgər, gündəlik fəaliyyətində diaspor qurumumuz yuxarıda sadaladığım amilləri nəzərə alsaydı, hesab edirəm ki, milli diasporumuz tez bir zamanda çox böyük nailiyyətlər əldə edərdi. Rusiya kimi nəhəng bir ölkədə, böyük siyasi təsirə malik diasporumuzun olması həm dövlətimizə, həm də xalqımıza çox gərəklidir. Bəs, narahatlıq ifadəsi olan mövcud vəziyyətdən çıxış yolu varmı? Əlbəttə, bu mümkündür! Rusiyadakı diaspor siyasətimizlə bağlı yaranmış acınacaqlı vəziyyətdən çıxış yolu, ilk növbədə, yenidən təşkilatlanmağımızdan ibarət olmalıdır. Möhtərəm prezidentin yürütdüyü vahid siyasəti özümüzə prioritet seçərək, toparlanmalı, təcrübəmizdən yararlanaraq, formalaşmalıyıq. Dövlətimizin vahid Milli Konsepsiyasından, prezidentimizin yürütdüyü siyasətdən, qanunlarımızdan irəli gələn tələblərə əməl etməliyik. Buna nail olacağımız zaman, bütün keyfiyyətləri də özümüzdə tapacağıq. Onu da qeyd etməyi vacib bilirəm ki, bu gün Rusiyada xeyli sayda qeyri-aktiv fəaliyyət göstərən təşkilatlarımız var. Bu cür təşkilatları Azərbaycan amalı, Azərbaycan mənafeyi maraqlandırmır. Eləcə də, onların heç birinin bu sahədə uğurlu nəticəsi olmayıb. Keyfiyyəti olmayan kəmiyyət göstəricisi nəyə lazımdır?!
Burada yaratdığım qurumun aktiv fəaliyyətini də, uzun zamandır doğma Vətən naminə kökləmişəm. Təkcə bu ölkədə deyil, beynəlxalq arenada belə, təşkilatımızın xətti ilə, daha çox ulu öndər Heydər Əliyev ideyalarının təntənəsi, onun banisi olduğu milli dölətçiliyimizin, mədəniyyətimizin, ağrılı problemimiz olan Qarabağ həqiqətlərinin geniş təbliği, xarici ölkələrdə Azərbaycan diasporunun formalaşıb, inkişaf etməsi üçün yorulmadan çalışırıq. Ulu öndərin layiqli varisi, möhtərəm prezidentimiz İlham Əliyev cənablarının dövlət başçısı postunda həyata keçirdiyi hərtərəfli möhtəşəm işlərə siyasi, maddi-mənəvi dəstək olmaq da, ən vacib vəzifələrimizdəndir. Onu da deyim ki, mən Novosibirskin ən populyar media orqanı olan “Moment istinı” qəzeti ilə əməkdaşlıq edir, bu nüfuzlu media orqanının çoxsaylı oxucularına əsl Azərbaycan həqiqətlərini çatdırmaq üçün, uzun zamandır gecə-gündüz çalışıram. Lakin baş verən bu tip üzücü xəbərlər, istər-istəməz, Azərbaycan mənafeyi naminə apardığımız təbliğatlara qara kölgələr salır. Nəticədə, Azərbaycan həqiqətləri, ulu öndər ideyalarının qələbə çalması naminə qələmə aldığım möhtəşəm yazılar belə inandırıcı görünmür. Beləcə, diaspor quruculuğu sahəsindəki səmərəli fəaliyyətimizin qarşısına, fürsətdən istifadə edən bədniyyət düşmən qüvvələr süni maneələr çıxarırlar. Çünki, əvvəlcədən də qeyd etdiyim kimi, Azərbaycanın bu ölkədəki düşmənlərinin daha güclü arxa-dayağı olan diaspor qurumları var. Amma bizim…
Mən, Rusiyadakı Azərbaycan diasporunun mövcud acınacaqlı durumuyla əlaqədar, soydaşlarımıza və əlaqədar dövlət qurumlarına çox sayda səs-küylü müraciətlər ünvanlamışam. Nə olsun, səsimi eşidən, bu barədə düşünən səlahiyyət sahibi tapmamışam. Halbuki, Azərbaycanın terrorla üzləşdiyi belə çətin durumda, güclü olacaq diasporumuz böyük işlər görə bilər, əsl həqiqətlərin dünyaya çatdırılmasında əlindən gələni əsirgəməzdi.
Bütün çıxışlarımda qeyd etdiyim kimi, biz özümüzü daha çox Qarabağ problemi naminə mübarizəyə kökləməliyik. Mən, Azərbaycan Respublikasının və Rusiya Federasiyasının ictimai-siyasi həyatlarına dərindən bələd olan bir diaspor fəalı kimi, açıq-aşkar bir daha deyirəm ki, bu ölkədəki diaspor təşkilatlarımızın əksəriyyəti çox acınacaqlı durumdadır və vəziyyətləri təəssüf doğurur. Burada yaşayıb, fəaliyyət göstərən digər millətlərin diaspor qurumları kimi, hələ də siyasi qüvvəyə çevrilə bilməyiblər. Diaspor fəaliyyətsizliyimizin acı nəticələri isə, göz qabağındadır. Nəinki ölkəmizdə törədilən terror hadisələrinin təşkilatçılarını tapıb, onların bəd əməllərini sülhsevər bəşəriyyət qarşısında faş etməyə gücümüz çatır, heç Qarabağ münaqişəsinin həllinə də köməkçi ola bilmirik. Əslində, milli diaspor dövlətimizin xarici siyasətinin əsas meyarı və lokomotivi olmalıdır. Hazırda, Rusiyada diaspor quruculuğu, onun inkişafı ilə bağlı müxtəlif görüşlərim olur; Görüşlərimizdə əsas məqsəd, diaspor fəaliyyətində buraxılan boşluqların, eyni zamanda son vaxtlar burada Azərbaycan icmasının diaspor təşkilatlarına qarşı yaranan inamsız, incik, soyuq münasibətin səbəblərinin müzakirəsi ilə bağlı olur. Diasporlarla İş üzrə Dövlət Komitəsinin qaldırılan vacib məsələlərə reaksiya verməməsi nəinki burada yaşayıb, fəaliyyət göstərən çoxsaylı ziyalılarımızı və iş adamlarımızı, eləcə də adi insanlarımızı belə olduqca incik salır. Bu məsələ, ümumi mənada, çox mənfi bir hal kimi, bütövlükdə ölkəmizin xeyrinə olmur. Ən əsası odur ki, diaspor təşkilatları öz aralarındakı mövcud problemləri təcili aradan qaldırmalı, səfirlik və konsulluqlarla iş mexanizmlərini operativ hala gətirməlidir. Əminəm ki, komitənin yeni rəhbərliyi çalışacaq ki, bu problemlər təcili aradan qaldırılsın və təşkilatların vahid birliyinə nail olunsun. Çünki, diaspor təşkilatlarımızın fəaliyyət istiqamətlərini indiyədək hansısa vahid qurum yox, onları yaradan şəxslər müəyyənləşdirib. Bu şəxslər arasında olan münaqişə və iddialar, dövlətimizin və xalqımızın ümumi mənafeyi naminə olan diaspor birliyinə imkan vermir. Və buna görə də, bu önəmli sahədə müsbət nəticə indiyədək ortada yoxdur. Öncədən sadaladığım vacib amillərindən bir daha danışmağı vacib bilir və qeyd edirəm ki, təşkilatlar arasındakı əlaqəsizlik və narazılıq mühitindən yerli hakimiyyətlər də böyük məharətlə istifadə edirlər. Əlbəttə, Rusiyada fəaliyyət göstərən diaspor təşkilatları vaxtında vahid siyasi gücə çevrilə bilsəydilər, indki xoşagəlməz situasiyalar da olmazdı. Bu gün Rusiyada yəhudilərin, ermənilərin, almanların, tatarların, hətta ruslarla müharibə vəziyyətində olan ukraynalıların belə çox güclü diaspor qurumlarını görəndə, təəssüflənməyə bilmirsən. Onlarla Rusiyanın mərkəzi hakimiyyəti belə hesablaşmaq məcburiyyətindədir. Sözün həqiqi mənasında, Azərbaycan diasporu, sadaladıqlarım ölkələrin diasporları ilə müqayisədə, demək olar ki, yox dərəcəsindədir. Yoxluğumuza və zəifliyimizə başlıca səbəb isə, yuxarıda qeyd etdiyim kimi, bu ölkədəki səfirlik və konsulluqlarımızın, Diaspor Komitəmizin, bir də bu təşkilatların fəaliyyətini tənzimləyib, yönləndirən şəxslərin düzgün, dinamik iş prinsipi seçməmələridir. Bunu, tədricən də olsa aradan qaldırmaq isə, çox çətin görünür. Təşkilat rəhbərləri arasındakı inamsızlığı aradan qaldırmağın özünün belə olduqca çətin bir proses olduğu heç kəsə sirr deyil.
Onu da qeyd etməyi vacib bilirəm ki, bu gün Rusiyada xeyli sayda qeyri-aktiv fəaliyyət göstərən təşkilatlarımız var. Bu cür təşkilatları Azərbaycan amalı, Azərbaycan mənafeyi maraqlandırmır. Bu kimi ümumxalq və ümumdövlət məsələlərində şəxsi münasibətlər önə çəkilməməlidir. Hər bir şəxsin, hər bir təşkilatın güc əmsalının fərqinə varmadan, bundan ümummilli məqsədlər naminə istifadə edilməməlidir…
…Bütün sadaladıqlarım Azərbaycan diasporunun ciddi problemləridir. Onun bu kökə düşməsinin əsl günahkarları sırasında isə, ölkəmizdə bu vacib sahənin işinə bilavasitə cavabdeh olan Diasporla İş üzrə Dövlət Komitəsinə indiyədək rəhbərlik edənlərin adlarını çəkərdim. Elə, son prezident seçkilərindən dərhal sonra, ölkə başçısının başlatdığı kadr islahatlarının ilk hədəflərindən birinin bu Komitənin sabiq sədrinin – bu məsuliyyətli vəzifə kreslosunda oturduğu müddət ərzində, yarıtmaz işi və bəd əməlləri ilə ölkə mətbuatının daim “bəzəyinə” çevrilən, bu vəzifədə öz bildiyi kimi hərəkət edərək, idarəçiliyi belə öz şəxsi maraqlarına təslim edən Nazim İbrahimovun olması da, dediklərimin daha bir təsdiqidir. Dövlət başçısı bir sıra iri məmurları vəzifələrindən uzaqlaşdıraraq, yerlərinə daha gənc və müasir dünya ilə ayaqlaşa bilən kadrları gətirdi. Ən başlıcası odur ki, iqtidar komandasında aparılması vacib ciddi kadr islahatları, mənim kimi, əhalinin narazı təbəqələri tərəfindən də alqışlarla qarşılandı.
Ölkənin siyasi rəhbərliyinin bu qurumun keçmiş rəhbərliyinin işindən ciddi şəkildə narazı qalması barədə, prezident Sərəncamı ilə Komitəyə yeni sədr təyin olunan Fuad Muradovu kollektivə təqdim edərkən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev danışdı. Həmin tədbirdə ölkə başçısının ciddi tapşırıqlarını Ramiz Mehdiyevin yeni sədrə çatdırması da, diaspor sektorunda tezliklə ciddi dəyişikliklər, müsbət irəliləyişlər olacağını deməyə əsas verirdi. Görünür ki, indi yeni rəhbərliyin üzərində kifayət qədər ciddi öhdəliklər var. Bu baxımdan, yeni rəhbər bu sahədə köklü işlər reallaşdırmalı, diaspor işini dinamik, çevik qurmalıdır. Dövlət rəhbərliyinin yeni sədrdən gözləntisi, doğrudan da, çoxdur. Çünki bu işdə xösagəlməz işlər uzun zamandır özünün pik həddində olub…
…Bu yerdə onu da bildirmək istərdim ki, rəhbərlik etdiyim təşkilat Federasiyasının böyük bir regionunun ictimai-siyasi mühitində daim fəallığı ilə seçilib. Ümumiyyətlə, Türkdilli Xalqlarla Slavyan Xalqları arasında “Sodrujestvo” (“Əməkdaşlıq”) Fondunun xətti ilə, Novosibirskdə onlarla yaddaqalan tədbir də keçirmişik. Ulu öndər Heydər Əliyev ideyalarının təntənəsinə, onun banisi olduğu milli dölətçiliyimizin, mədəniyyətimizin, ağrılı problemimiz olan Qarabağ həqiqətlərinin geniş təbliğinə, ulu öndərin layiqli varisi, möhtərəm prezidentimiz İlham Əliyev cənablarının dövlət başçısı postunda həyata keçirdiyi hərtərəfli möhtəşəm işlərə həsr etdiyimiz belə tədbirlər keçirməkdən daim rahatlıq tapmışıq. Oktyabrın 18-də yenə orada möhtəşəm planlı böyük bir tədbir keçirməyi planlaşdırmışıq. Bu böyük tədbiri Azərbaycan Cümhuriyyətinin 100 və ulu öndərin 95 illik yubileylərinə həsr etmişik.Tədbirə coxdan hazırlıq aparırıq. Artıq xarici ölkələrdəki 40-a yaxın diaspor təşkilatlarından iştirakları barədə məktub da almışıq. 10-dan çox Avropa dövlətinin rəsmi dövlət aparatlarının yüksək vəzifəli şəxsləri də tədbirdə iştirak edəcəklərini rəsmi şəkildə bildiriblər. Rusiyanın ayrı-ayrı regionlarının rəhbər şəxsləri də tədbirimizi alqışlayıblar və artıq iştirakçılar ayırıblar.
Üç gün davam edəcək həmin tədbirə dövlət səviyyəsində icazə də verilib. Azərbaycanın Diasporlarla İş üzrə Dövlət Komitəsi də işimizi alqışlayıb. Doğma Vətəndən də, Novosibirsk vilayətinə böyük nümayəndə heyəti gedəcəyi planlaşdırılır. Tədbirin bəzi mühüm detallarını müzakirə etmək üçün, bu yaxınlarda, Komitənin yeni sədri Fuad Muradovun qəbulunda olmuşam. Xeyli davam edən bu görüş haqqında geniş danışmaq istəməzdim. Yalnız onu demək istərdim ki, sədrlə görüşün çalarlarından və Komitədə gördüyüm əsl iş əhval-ruhiyyəsindən hiss olunur ki, Diaspor Komitəsinin işinə yeni nəfəs verilib, əməkdaşları da yeni bir ruhla çalışırlar.
Bütün bunlar ölkənin diaspor sektorunun işində tezliklə ciddi dəyişikliklər, müsbət irəliləyişlər olacağına ümidləri böyüdür. Ölkənin siyasi rəhbərliyinin Komitənin keçmiş rəhbərliyindən narazı qalmasını, dövlət başçısının olduqca ciddi və vacib tapşırıqlarını Ramiz Mehdiyevin yeni rəhbərliyə çatdırması deyilənlərin əsasıdır. Onu da qeyd etməyi vacib bilirəm ki, ölkəmizin diaspor orqanları əməkdaşlarını daha böyük uğurlara ruhlandırmaq üçün, mütləq, prezident İlham Əliyevin yaxşı iş üçün söylədiyi dəyərli fikirlər, verdiyi tövsiyələr hər zaman fəaliyyət proqramı kimi qəbul edilməlidir. Komitə əməkdaşları dövlət başçısının ətrafında sıx birləşməklə, ölkənin müasir inkişafına uyğun töhfələrini vermək üçün, öz vəzifələrini hər zaman layiqincə yerinə yetirmək, böyük səy və məsuliyyətlə çalışmaq əzmində ola bilərlər. Bu səbəbdən, yeni rəhbərin tezliklə bu sahədə köklü dəyişikliklərin reallaşmasına nail olacağına, ölkənin diaspor sektorunun işini dinamik və çevik quracağına şübhəmiz qalmır.
Sonda onu da qeyd etməyi lazım bilirəm ki, ümumiyyətlə, ölkənin diaspor təşkilatlarını məsuliyyətli olmağa vadar etmək mütləq vacibdir. Doğma Vətənlə onların əlaqələrinin sürətlənməsinə də önəm verilməlidir. Vətənlə yaranacaq birbaşa bağlılıq, həm də Azərbaycan hakimiyyətindən, vəzifəli şəxslərdən asılı olan bir məsələdir. Diaspor nümayəndələrinə doğma Vətəndə xüsusi sevgi, xoş münasibət bəslənəcəyi halda, Azərbaycan güclü diaspor qüvvəsinə nail ola bilər. Bu, həm də dövlətimizin xoş gələcəyi naminə möhtərəm prezidentimizin apardığı hərtərəfli möhtəşəm siyasətə böyük bir dəstək olardı. Belə olan halda, hər addımda dövlətimiz əleyhinə çirkin kampaniyalar aparan, yalan və müxtəlif böhtanlar yağdıran “təşkilatlar” da fəaliyyət göstərməz. İndi, xaricdə bizə qarşı yönləndirilmiş nanəcib qüvvələrə qarşı həm Azərbaycan dövlətinin, həm də diaspor təşkilatlarımızın birgə mübarizə aparmaları mütləqdir. Bunu, mövcud durum da çoxdan tələb edir.

araz.az xəbər portalı.