Dollar

Rusiya digər ölkələrlə aparılan əməliyyatlarda dollardan istifadəyə son qoymalıdır.

araz.az Axar.az-a istinadən xəbər verir ki, bunu rusiyalı senator İqor Morozov bildirib.
Morozov Vaşinqtonun yeni sanksiyalarına cavab verməli olduqlarını söyləyib:

“Yeni sanksiyalara cavab verməliyik və ilk növbədə iqtisadiyyatda tərəfdaşlarımızla birlikdə dollardan imtina etməliyik və milli valyutadan yararlanmalıyıq. Bu, yalnız Rusiyanın deyil, iqtisadi müharibədə beynəlxalq ictimaiyyətin cavabı olacaq”.

 

araz.az xəbər portalı.