apaholdinq.jpg

Bu gün tanınmış ziyalı, Müdafiə nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq millət vəkili Eldar Sabiroğlu Realliq.info – nun poçtuna məktub ünvanlayıb. Həmin yazını realliq.info – da dərc olunmağını istəyən Eldar müəllimin xahişini nəzərə aldıq. Məqaləni olduğu kimi dərc edirik. Yazıya qarşı tərəf olaraq münasibət bildirmək istəyənlərin də fikirlərini dərc etməyə hazırıq.

Ümumiyyətlə, kimliyindən asılı olmayaraq ona məxsus fikrin dəyişdirilməsi doğru sayıla bilməz. Dövlət rəhbərinin ki, isə heç olmaz. Çünki bunun zərəri təkcə onun özü ilə məhdudlaşmır, təmsil elədiyi dövlətə, xalqa da dəyir. Digər tərəfdən beynəlxaq rəydə də mənfi imic förmalaşdırır.

Eldar Sabiroğlu yazır…
Ustalaşmış 9 nömrəli oyunçunun APA-nı ram etmək niyyəti... - Eldar Sabiroğlu yazır
Bu mənada APA-da prezident İlham Əliyevə aid ifadənin rus tərcüməsində təhrif edilmiş şəkildə verilməsi agentliyin səhvi hesab edilməlidir. Ancaq bununla belə bəzi motivlərin aydınlaşdırıması gərəkdir ki, cəmiyyət həqiqətləri görə bilsin. APA rəhbərinin xeyli gözlədikdən sonra geniş açıqlama ilə çıxışı etməsi içtimai müzakirələrin gundəliyindən düşməyən problemin üzərinə az da olsa işıq sala bildi. Ən azından ortada bir qəsdin olmadığı aşkara çıxdı. Vüsalə Mahirqızı bunu bacardı və ən əsası o oldu ki, küləyin hansı səmtdən əsdiyi bütün çılpaqlığı ilə cəmiyyətin diqqətinə çatdırıldı. Beləliklə, agentliyə qarşı plan üzərində çalışanların axtardıqları məqam sanki göydən düşmüşdür.

Ustalaşmış 9 nömrəli oyunçunun APA-nı ram etmək niyyəti... - Eldar Sabiroğlu yazırAçıq qapıya 11 metrəlik cərimə topunu vurmaq üzrə ustalaşmış 9 nömrəli oyunçu APA-nı ram etmək niyyətini reallaşdırmışdı. Artıq demək olar ki, agentlik onun ovcunun içrindədir. Bu oyunçu hədəfini bitirmək üçün asan və sınaqdan çıxarılmış yola sahibdir: vurmaq istədiyni prezidentlə əlaqələndirib zərbəni endirmək onun köhnə şakəridir. APA-nı güdaza vermək planı da bu siyasətin tərkib hissəsi olaraq diqqəti cəlb edir. Tutaq ki, sarsıdacağıq əvəzinə çökdürəcəyik yazılıb. Axı, sözlərin bir-birindən elə də ciddi mahiyyət fərqi yoxdur ki, buna xususi bir rəng verilsin. Bəlkə dərin səbəblər var, cəmiyyət bundan xəbərsizdir.? Niyə açıqlanmır? Görünür, böyük ailəvi biznes şəbəkəsinə malik olan oyunçu üçün bu sərf etmir.
Ustalaşmış 9 nömrəli oyunçunun APA-nı ram etmək niyyəti... - Eldar Sabiroğlu yazır
Mən APA- nı müdafiə etmək öhdəliyini üzərimə götürməmişəm. Vaxt olub ki, mənim əleyhimə də az yazılar verməyib.Agentliyin əməkdaşlarından biri vaxtı ilə zəng edərək ağızdolusu müqayisə ilə məni təriflləməyə başladı, lakin iki gün sonra utanmadan döşədi. Heç əhəmiyyət vermədim. Sifarişin kim tərəfindən agentliyin bu əməkdaşına gəldiyini bilsəm də, üzə vurmadım. Təəssüflə ki, Aparatda saxta sədaqət nümayişi ilə etibar əldə edən bəzi yüksək məmurlar bu gün prezidentə müxafilətdən daha təhlükəlidir. Paxıl və xain düşüncəyə malik bu adamların yanında birisinin dövlət rəhbəri tərəfindən qiymətləndiriməsi kifayətdir ki, onun məsələsi birdəfəlik həll edilsin. Sanki iş-peşələri yalnız danosçuluqdan keçir? Nə vaxta qədər bu cür sürə bilər?! Prezident!in dövlətə və hakimiyyətin özünə hörmət gətirməyən bu yaltaq qrupdan xüdafizləşməyinin vaxtı, zamanı yetişməyibmi? Axı, nə qədər çətindir ki, günaşırı televiziyalarda görünən yarıtmaz kadrların iqtidarın özünə hörmət gətirmədiyini görüb və dözmək…
ELDAR SABİROĞLU
Realliq.info

araz.az xəbər portalı.