Bu gün sizə bir mətn təqdim edəcəm, elə bir mətin ki, onun sahibi adi, sadə, unveristet bitirməyən, elmi dərəcəsi olmayan birisidir. Ona bu mətni, belə bir mətni dünya mətnləri sırasına çıxarmaqda kömək edən, məncə, yurduna, torpağına, daşına bağlılığı, sevgisidir, başqa bir şey deyildir.
Bu məktubun bu gün bizimlə, azərbaycan türkləri ilə də yaxından, uzaqdan oxşarlığı, eyniliyi olduğundan, bu gün dünyada gedən nəhəng güclərin kurnaz oyunlarına işıq tutması baxımından əhəmiyyətini nəzərə alıram, sizlərə təqdim edirəm. Məktub bir zamanlar ingilislərin Amerkaya gedib oranın yerli insanlarının qanını su yerinə axıtdığı o ağrılı dönəmlərdən dünya hegomonluğunun üzünə açılan bir şillə olduğunu duyacaqsınız. Məktubun tam mətni.
Bu məktub “Duvaqmish” qızıl darililərin rəisi Seattle tərəfindən “Vaşinqtondakı böyük başqana”, 1853-57-ci illər arasındakı Amerika cümhur başqanı Franklin Pierçeya ittah olunaraq yazılmışdır.
Yale, Sarbon, Oxfort, ya da bir başqa məktəb məzunu olan məşhur bir alimin sözləri deyil bunlar. Novel mükafatı almış bir ədəbiyyatçının da deyil. Və ya adamın “Kafa dərisi ovçusu, vəhşi, barbar” elan etdiyi qızıl dərililərin rəisi Siattlenin bəyaz başqana məktubudur:
“Vaşinqtondakı böyük başqan bizdən torpaqlarımızı satın almaq istədiyini bildirən bir məktub yollamışdı. Dostluqdan söz salmışdı böyük başqan. Amma biz sizin dostluğunuza ehtiyacınız olmadığını bilirik. Göy üzünü necə satın ala bilərsiniz? Ya da sata bilərsiniz. Ya torpaqların hənirini? Ağzımdan çıxan sözlər ulduzlara bənzər böyük başqan, heç sönməzlər. Bu üzdən söyləyəcəklərimə inanın, havanın tər qoxusuna, suyun şırıltısına sahib olmayan biri necə satın ala bilər… Müqəddəsdir bu torpaqlar mənim üçün, elim üçün…
Yağmurdan sonra işıltılı hər şam yarpağı, dənizi qucaqlayan qumsallar, qaranlıq ormanların qoynundakı duman, oxuyan böcəklər… və bilin ki, qızıldərili adamın xatırladıqları ağacların çevrəsində gizlənib. Torpaq bizim anamızdır.
Vaşinqtondakı böyük başqan bizdən torpaqlarımızı istədiyi zaman bütün bunları istəməkdədir. Böyük başqan bizim atamız, biz də onun övladları olacaqmışıq. Böyük ruh ulusumuzu sevərdi, ancaq nədəndir bilinməz. Qızıl dərili övladlarını tərk etdi. İndi sizə maşınlar yollayır və çox yaxında gözləmədiyimiz yağışdan sonra yataqlarımıza daşan sellər kimi, bəyaz adam bu torpaqların hər qarışını dolduracaq. Biz yetim qaldıq. Çünki başqa irqdənik. Çünki ağsaqqallarımız başqa öyüdlər verirlər. Biləsiniz ki… dərələrin və irmaqların içindən keçən sular sadəcə su deyildir.
Atalarımızın qanıdır o. Babalarının məzarını arxada qoyan bəyaz adam torpağı övladlarından oğurlayar. Aclığın dünyanı saracaq, bəyaz adam. Və arxanda çox qocaman bir çöl buraxacaqsan. Sabahın sisi dağların başından doğan günəşi görür və qaçar. Dəmir at (Lokomotiv) Öldürüb çürüməyə qoyduğunuz minlərlə bufallodan necə qiymətli ola bilər?
Necə? Anlaya bilmirəm, heyvanlar insanları buraxsa, insanlar ruhlarının yalnızlığından ölməzmi? Heyvanların başına gələn insanların da başına gələcəkdir. Torpağın başına gələn oğullarının da başına gələcək. Uşaqlarımıza bizim öyrətdiklərimizi öyrədin. Torpaq bizim anamızdır və torpağa tüpürülməz. Torpaq insana deyil, insan torpağa aiddir. İnsan sadəcə həyat xalısının içində bir ilmədir. Bəyaz adam nəyi satmamaq istəyir? Göy üzü və torpaqların hənirinimi? Qaçan ceyranların sürətinimi? Biz sizə bunları necə sata bilərik? Və siz necə satın ala bilərsiniz? Bir kağız parçasını imzaladığımız va bəyaz adama verdiyimiz üçün hər şeyi edə biləcəyinimi zənn edir bəyaz adam? Havanın tərliyinə və suyun şırıltısına sahib deyiliksə, bunu necə sata bilərik sizə? Son əsgər də öldükdə onları təkrar necə satın ala bilərsiniz? Bəyaz adam keçici bir iqtidardadır və o, özünü hər şey zənn etməkdədir. Bir insan anasına sahib ola bilərmi? Günlərimizin qalan hissəsini harada keçirəcəyimiz bəlli deyil? Uşaqlarımız ataların qürurlarını qırılmış görürlər. Savaşçılarımız utandırıldılar. Məğlubiyyətdən sonra özlərini içkiyə və yeməyə öyrətdilər. Bu yolla vicdanlarına təsəlli tapırlar. Ömrümüzün bir neçə qışı qalan bu torpaqlarda yaxın vaxtda iztəmimizi tutan bir kişi belə qalmayacaq. Amma niyə ağlayaq? İnsanlar dənizdəki dalğalar kimi gəlib keçirlər. Biz gedirik, amma bəyaz adamın da bir gün kəşv edəcəyi şeyi bu gündən bilirik. Hamımız eyni böyük ruhdan gəlirik. Bəyazlar da bir gün bu torpaqlardan gedəcəklər. Bəlkə də bütün irqlərdən daha əvvəl.
Yataqlarımızı zəhərləməyə davam edin. Bu tale bizim üçün bu an bilinməzdir. Fəqət, bilirik ki, batırkən hər tərəfə parlaq işıq yayacağıq. Bütün bufallolar öldürüldükdən, vəhşi atlar əhilləşdirildikdən, ormanların ən gizli güşələrinə qədər dünya insan qoxusu ilə dolduqduğundan, sevimli təpələrin görüntüsü danışan tellərlə kirlədikdən sonra… bir də baxacaqsınız ki… göydəki qartallar yox olmuş, sürətlə qaçan dayçalara əlvida demisiniz. Bu nə deməkdir, bilirsinizmi? Bu sonu və sadəcə, daha başqa bir həyatda qalmağın, yaşamağın başlanğıcıdır. Biz (qardaşlarınınkından nə qədər fərqli olursa, olsun) hər insanın istədiyi kimi yaşamasının tərəfdarıyıq. Əgər biz təklifinizi qəbul edəriksə, bu sadəcə yeni torpaqlar zəmanətə almaq üçün olacaqdır və orda son günlərimizi rahat və sakit keçirə bildik bəlkə…
Sizə bu torpaqlarımızı satdığımız zaman siz də onu biz sevdiyimiz kimi sevin, onunla bizim davrandığımız kimi davranın və onu bu gün gördüyümüz kimi xatırlayın. Bu torpaqları və üzərindəki canlıları övladlarınız üçün qoruyun. Çünki bu dünya müqəddəsdir. Bəyaz adam belə ortaq taleyimizdən qaça bilməz, bəlkə biz hamımız qardaşıq. Bunu zaman göstərəcək…”
Hazırladı və təqdim etdi:
XANƏMİR TELMANOĞLU
araz.az xəbər portalı.