cermuk.jpgNə olsun, bizlər də Bakının bozanağında “Cip”də gəzib ləzzət və fəxrlə “Hell”(“Cəhənnəm”) içirik…
Azərbaycanın əsrin 41-dən çox müddətdir ki, işğal altında qalan Laçın rayonundan yeni görüntülər yayılıb.

Moderator.az-ın Mirkazım Laçın Alxaslının “You Tube”dəki kanalına istinadla təqdim etdiyi, avtomobildən çəkilmiş video-yazıdan ermənilərin avtomobillə Həkəri çayı tərəfdən Laçın rayon mərkəzinə -avtovağzala istiqamətlənən yolla hərəkət etdiyi bəlli olur. Erməni əlindəki dəmir içki bankasının ingiliscə yazılan tərəfini çevirərək gözə soxur və bankanın üzərində “Jermuk mineral water”( “Cermux mineral suyu”) yazıldığı aydın görünür…

Xatırladaq ki, 2015-ci ildə ermənilərin Kəlbəcərin İstisuyunu “Jermuk” brendi adı altında Ukraynada satmaları haqda xəbərlər yayılmışdı…

P.S. Yəqin sonra da gedib Laçının, yaxud Şuşanın Turşuyunun gözündən doyunca içəcəklər…

P.P.S. Nə olsun, bizlər də Bakının bozanağında “Cip”də gəzib ləzzət və fəxrlə “Hell”(“Cəhənnəm”) içirik…

Sultan Laçın

[bt_youtube url=”https://youtu.be/KWJRR-1QhWw” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

araz.az xəbər portalı.