1534434191_191982.jpg

Görək, ona qədər bizim Qarabağsız yaşamağa, kef eləməyə öyrəşmiş xəstələrimizi müalicə edə bilərikmi?

Ermənilərin 26 ildən çoxdur Şimaldakı, Qərbdəki ağalarının dəstəyi ilə işğal altında saxladıqları Laçın şəhərində yeni xəstəxana tikilir.

Moderator.az xəbər verir ki, “Berdzor” adlandırılmış rayon mərkəzindəki tibb müəssisəsi Xankəndindəki qondarma rejimin və Ermənistanın “VivaSell-MTS Armenian” şirkətinin birgə maliyyə vəsaiti hesabına inşa edilir. Məlumata görə, tikinti işlərinə 2012-ci ildən başlanıb. Xəstəxananın müasir standartlara uyğun cavab verən cərrahiyyə, doğum, pediatriya, morq bölmələri olacaq və bütün gərəkli ləvazimatlarla təmin ediləcək.

Ermənilərin müalicə olunacağı, Azərbaycan torpaqlarında böyümələri, əsgər olmaları üçün yeni körpələr doğacağı tibb müəssisəsinin 2019-cu ildə istifadəyı veriləcəyi planlaşdırılır.

P.S. Görək, ona qədər bizim Qarabağsız yaşamağa, kef eləməyə vərdiş etmiş xəstələri müalicə edə bilərik?…

araz.az xəbər portalı.