Ermənistanın sabiq prezidenti Robert Köçəryanın vəkili Ayk Alumyan jurnalistlərə açıqlama verib.
arazpress.com xəbər verir ki, Köçəryan 2008-ci il Ermənistanda baş verən hadisələrə görə cinayət məsuliyyətinə cəlb edilib və məhkəmədə ifadə verib.
Köçəryan ifadəsində 2008-ci ildə Ermənistanda baş verən hadisələri Surət Hüseynovun Gəncə qiyamı ilə müqayisə edib.
“Robert Köçəryan əmr verdi ki, Silahlı Qüvvələr siyasi proseslərə qoşulmasınlar”, – deyə Ayk bildirib.
Bundan başqa Ayk Köçəryanın Apellyasiya Məhkəməsindəki çıxışından bir hissəni də jurnalistlərə təqdim edib:
“Robert Köçəryan məhkəmədə bəyan etdi ki, 1990-cı illərdə Azərbaycanda hərbçi Surət Hüseynov qiyam qaldırdı. O, Silahlı Qüvvələrdə olan nüfuzundan istifadə edərək hakimiyyətə qarşı çıxdı. Ordu Gəncədən Bakıya istiqamət götürdü. Köçəryan məhkəmədə deyib ki, prosesləri görürdük. Qiyam nəticəsində Azərbaycan qurbanlar verdi. Hakmiyyət qiyamın qarşısını aldı, amma 3 rayonu itirdi. Məhkəmədə Robert Koçaryan dedi ki, biz 2008-ci ildə oxşar vəziyyəti özümüzə rəva görə bilməzdik. Çıxışın bu hissəsi 1 mart hadisələrinə aid deyildi, O, fevralın 23-də verilən “0038” nömrəli məxfi əmrə adi idi”.
Maraqlıdır ki, sabiq Ermənistan prezidenti bu ifadəsi ilə Azərbaycan torpaqlarını işğal etdikləri faktını təsdiqləyib.
Vəkil onu da bildirib ki, əgər Koçaryan ikinci dəfə həbs olunsa, o zaman Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəklər.
araz.az xəbər portalı.