Gəmiqaya Holdinq Şirkətlər İttifaqinin “Naxçivan Sement Zavodu” MMC-sinin adı dəyişdirilib.
araz.az Banker.az-a istinadən xəbər verir ki, bundan sonra “Reges Sement Zavodu” MMC kimi adlandırlacaq.
“Naxçivan Sement Zavodu” MMC şiirkəti 2013-cü ildə yaradılıb və 200 manat nizamnamə kapitalı var.
Bundan öncə isə “Gəmiqaya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti onun tərkibindən yenidən təşkilin ayrılma formasında “Gəmiqaya Avtonəqliyyat” MMC ayrılması nəticəsində yenidən təşkil olunduğunu elan edir.
“Gəmiqaya Meyvə Məhsullari” MMC parçalanaraq, onun tərkibindən “RASFARM” MMC ayrılıb və nəticədə “Gəmiqaya Meyvə Məhsullari” MMC yenidən təşkil edilib.
Bundan başqa, Gəmiqaya Holdinq Şirkətlər İttifaqinin “Gəmiqaya Nəqliyyat” MMC də parçalanmış, onun tərkibpindən “Gəmiqaya Servis” MMC ayrılır və nəticədə “Gəmiqaya Nəqliyyat” MMC yenidən təşkil olunub.
Xatırladaq ki, mərkəzi Naxçıvan şəhərində yerləşən Holdinq, 2008-ci ilin dekabr ayında təsis edilmişdir. Hazırda 14 şirkəti özündə birləşdirən “Gəmiqaya Holdinq” Azərbaycanda və digər ölkələrdə tikinti, sənaye, qida, ticarət və aqrar sahələrində fəaliyyət göstərir.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.