Abel Məhərrəmov 41 fəlsəfə, 12 elmlər doktoru yetişdirib (!!!!!)
İsa Həbibbəyli 29 elmlər namizədi, 4 elmlər doktoru yetişdirib (!!!)
Ramiz Mehdiyevin isə yetişdirməsi yoxdur!
Siz “yetişdirmə”yə inanırsınızmı? İşin içində olan birisi kimi mən nəinki inanmıram, hətta bu statistikanı gözə soxmağı xalqı və dövləti acımadan aldatmaq cəhdi hesab edirəm.
Bilirsiniz, bu nə deməkdir? Bu, Abel Məhərrəmovun 53 yeni problem, yeni mövzu üzərində dissertantla birgə baş sındırması deməkdir. Bu qədər vəzifə yükünün altında bunu etmək mümkündürmü? Əsla! Eynilə də İsa Həbibbəyli!
Bundan başqa:
Abel Məhərrəmovun elmi əsərlərinin sayı: 1270; xaricdə çıxmış elmi əsərlərin sayı — 625; beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı — 485 və s.
İsa Həbibbəylinin elmi əsərlərinin sayı: 89 kitabın, 1428 məqalənin, 212 xaricdə çap olunmuş elmi məqalənin müəllifidir. Kitablarıː 12 monoqrafiyanın, 1 orta məktəb dərsliyinin, 2 dərs vəsaitinin, 28 broşüranın, 21 tərtib kitabının müəllifidir və s.
Akademik absurdologiyaya inanmaq üçün gərək feodalizm dövrünün təhkimli kəndli təfəkküründə olasan!
Ramiz Mehdiyevə gəlincə, PA rəhbəri qismində istəsəydi, Abel -İsa düsturu üzrə yüzlərlə yetirməsi olardı. Çünki bu düsturu qəbul edən professorların belə, azı, 20-30- 40, hətta 50-60 “yetirmə”si var(!!!).
Ancaq Mehdiyev nədənsə bu işə getməyib, hərçənd ki, dissertasiyalarının üzərində PA rəhbərinin adının olmasını arzu edənlərin sayı-hesabı olmazdı!
Akademşəbəkə üzvləri isə korlama əməliyyatında həvəslə iştirak edirlər.
İndi bir cəmiyyət olaraq akademik fəaliyyətin iliyimizə işləyən acı bəhrəsini dadmağa məhkumuq.
Qeyd edim ki, bu haqda əvvəllər də demişəm, yazmışam. “45-55 yetirməm var” deyən bəzi professorlar “həya” edib vikipediyadan rəqəmləri yığışdırsalar da “səmərəli” fəaliyyətlərini “qaranlıq zirzəmilər”ə daşıyıblar.
Qəribədir ki, bu tüfeylilərin çoxu rəhbəri olduğu dissertanta düz yol göstərməyib, kadr kimi onun qayğısına qalmayıb, əksinə, montaj üsulu ilə dissertasiya düzəldərək ciblərini güdüblər.
Bəli, bu haramzadə və vicdansız həqirlər əllərinə düşmüş təcrübəsiz Vətən övladlarını futbol topu kimi şəbəkə daxilində bir-birinə ötürərək “qazanc”la məşğul olublar.
Bəs demirsiniz, 500-600 AZN (lap belə olsun 1000 -2000 AZN) maaş alan alim adlı bu dələduzların malik olduqları mal-mülk haradandır?
PS. 2023-cü ilin hesabatına görə, Ali Attestasiya Komissiyası 452 işdən imtina edilməsi barədə qərar çıxarıb. Məncə, AAK sədri Famil Mustafayevin elmi rəhbər, elmi məsləhətçi məsələsini gündəmə gətirməsinin tam zamanıdır.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.