“Mənim şikayətim Azərbaycan Dəmir Yollarındandır”.
araz.az bildirir ki, bu barədə “Müştərinin Səsi” sosial qrupundakı paylaşımda giley olunur.
Daha sonra narazı vətəndaş yazır: “Həyatımda səhv elədim, qatara minib Xırdalan getdim… İlahi, getməz olaydım…
Bu necə bir səliqəsizlik… Üfunət… Havasızlıq… Sıxlıq… Rəsmən fəlakət!
Bu bileti satırsansa, adam sayına görə tənzimlə də…
100 nəfərlik vaqona 250 nəfər mindirmək nədir?
Nə hava var, nə səliqə… Hamı bir-birinin üstündə.
Açmayın 1 rels… açın 3 rels… Ən azından insanlar qoyun kimi… ot tayası kimi yox, insan kimi gedib gəlsinlər.
Bir də ADY qatarları??? Əsla!!!”
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq…
araz.az xəbər portalı.
araz.az xəbər portalı.