“Uşaq bağçalarında valideynlərdən pul tələb edilməsi halları olarsa, aidiyyəti üzrə müraciət edilməsi xahiş olunur.
Çünki bu kimi faktlarla qarşılaşdıqda ona dərhal reaksiya veririk”.
araz.az-ın xəbərinə görə, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib.
O bildirib ki, bu kimi hallarla bağlı nazirliyə müraciətlər olur və məsələ operativ şəkildə araşdırılır.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.