Qərbi Azərbaycandan sonuncu deportasiyadan ötən 35 il ərzində tariximiz, abidələrimiz lazımınca araşdırılmayıb və bu da təəssüf doğurur.
araz.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli Mədəniyyət komitəsinin aprelin 14-də keçirilən iclasında deyib.
Onun sözlərinə görə, araşdırmanın olmaması mediada əsli olmayan xəbərlərin və məlumatların getməsinə səbəb olur. Bildirib ki, televiziyaların Qərbi Azərbaycanla bağlı hansı sualları varsa, Qərbi Azərbaycan İcmasına müraciət edə bilərlər. “İcmamızda 400 nəfərdən çox mütəxəssis fəaliyyət göstərir və onlar hər zaman sorğulara cavab verməyə hazırdırlar”, – deyə Əziz Ələkbərli qeyd edib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.