_102956604_mediaitem102956598.jpgEramızdan 3,700-3,500 il əvvələ aid edilən mumiya üzərində aparılmış kimyəvi testlər silsiləsi nəticəsində mumyalaşdırmanın resepti təyin olunub. Eləcə də müəyyən edilib ki, Qədim Misirdə mumyalaşma texnologiyası düşünüldüyündən xeyli əvvəl mövcud olub.

Həmin mumiya hazırda İtaliyanın Turin şəhərindəki Misir muzeyində saxlanılır.

Tədqiqatın nəticələri Arxeologiya Elmi jurnalında (Journal of Archaeological Science) dərc olunub.

İngiltərənin York universitetindən Dr. Stephen Buckley BBC News proqramına deyib ki, həmin mumiya “sözün əsl mənasında 4000 il bundan əvvəl Qədim Misirdə mumyalaşdırmanın kökü olan balzamlama nümunəsidir”.

Dr. Buckley və onun həmkarlarının təyin etdikləri reseptin tərkibi belədir:

  • bitki yağı – güman ki, bu, küncüt yağı olub;
  • “balzam-tipli” bitki və bitki kökünün çövhəri, ola bilsin ki, həmin bitki qamış olub;
  • bitkidən alınan mum – bu, akasiya ağacından emal yolu ilə əldə edilən təbii şəkər ola bilər;
  • küknar və ya şam ağacından alınan qətran

Yağla qətran qarışdırılanda qətrandakı antibakterial maddələr yağa çıxır, həmin yağ qarışığı bədənə sürtülərkən, bədən toxumalarını çürümədən qoruyur.

“Mumyalaşmanın kimyəvi düsturunu bu dərəcədə aydın nümayiş etdirən qədim mumiya hələ indiyə qədər bizdə heç olmayıb”, – Stephen Buckley deyib.

Dr. Buckley qədim reseptin aşkar edilməsi üçün səylərini bir neçə il bundan əvvəl, Bolton Muzeyindəki Qədim Misirə aid parçanı müayinə etdikdən sonra başlayıb.

Məlum olub ki, bu növ parçalara mumiyalar Qədim Misirdə hələ eramızdan 4000 il əvvəl bükülürmüş.

Beləliklə, alimlər müəyyən ediblər ki, Qədim Misirdə ölüləri mumyalaşdırma praktikası əvvəl güman edildiyi kimi eramızdan 2600 il əvvəl yox, bu tarixdən xeyli əvvəl, o cümlədən, Qədim Misirin məşhur fironlarının mumyalaşdırmasından da əvvəl mövcud olub.

Ancient mummy's hand wrapped in fabricFotonun müəllifiSTEPHEN BUCKLEY/UNİVERSİTY OF YORK
Image captionQədim Misirdə mumiyalar balzam hopdurulmuş xüsusi parçalara bükülürdü.

Müəyyən edilib ki, qədim misirlilər ölülərin bədənini balzamlaşdırmaq texnologiyasını mükəmməl dərəcəyə çatdıra biliblərmiş.

Balzamlaşdırma mumyalaşdırmanın mərhələlərindən biridir.

Ölünün mumyalaşdırması ümumilikdə isə aşağıdakı mərhələlərdən ibarət olub:

  • Beyinin kəllədən çıxarılması
  • Daxili orqanların çıxarılması
  • Bədəni qurutmaq üçün onun duza salınması
  • Bakteriyaları öldürmək üçün bədənin balzamlaşdırılması.
  • Bədənin balzam çəkilmiş kətana bükülməsi

“Bədəni çürüməkdən qorumaq üçün onu qurudub və balzamlaşdırırdılar, – doktor Buckley izah edir – Qədim Misirdə mumyalaşdırma onların mədəniyyətinin əsasını təşkil edirdi”.

“Qədim misirlilər ölümdən sonra da həyatın davam etdiyinə inanırdılar. Onlara ölümdən sonra insanın ruhu üçün sığınacaq rolunu oynaya biləcək, çürüməyə məruz qalmayan bədən lazım idi”, – alim qeyd edib.

 

araz.az xəbər portalı.