“Elektron kənd təsərrüfatı” informasiya sistemində “heyvandarlıq və süni mayalanma” altsistemi vasitəsilə karantin rejiminin tətbiqi və ya zərərli orqanizmlərin ləğvi, xüsusi təhlükəli heyvan xəstəliklərinin profilaktikası, diaqnostikası, müalicəsi və ləğvi ilə əlaqədar hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi təşkil olunacaq.

araz.az   xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamədə edilən dəyişiklikdə əksini tapıb.

Elektron kənd təsərrüfatı” informasiya sisteminə ötürülən məlumatları sırasına karantin rejiminin tətbiqi və ya zərərli orqanizmlərin ləğvi, xüsusi təhlükəli heyvan xəstəliklərinin profilaktikası, diaqnostikası, müalicəsi və ləğvi ilə əlaqədar heyvanların, heyvan mənşəli məhsulların və xammalın məhv edilməsi, emalı və ya təkrar emalı məqsədilə götürülməsi və ya götürülmədən məcburi zərərsizləşdirilməsi, habelə həmin xəstəliklər nəticəsində hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi barədə məlumatlar da daxil edilib.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.