Tatarıstanın müstəqilliyinin tanınması ilə bağlı Demokratiya Naminə Ukraynaya Dəstək Platformasının Mövqe Sənədi 

Tatar xalqının azadlıq və müstəqillik mübarizəsinin ifadəçəsi Müstəqil Tatarıstan Hökuməti Türk Dövlətləri Təşkilatına müraciət edərək Tatarıstanın müstəqilliyinin beynəlxalq aləmdə tanınmasına köməklik göstərməsini istəyib. Müraciətdə qeyd olunur ki, Tatarıstan Respublikasının müstəqilliyinin üçüncü dövlətlər tərəfindən tanınmamasına baxmayaraq, Tatarıstan Respublikası 30 avqust 1990-cı il tarixli Suverenlik Bəyannaməsinə, suverenlik haqqında referendumun nəticələrinə uyğun olaraq müstəqil demokratik dövlətdir. Tatarıstanın heç vaxt Rusiya Federasiyasına qoşulmaq müqaviləsi imzalamadığı üçün Tatarıstanı Rusiyanın bir hissəsi hesab etmək üçün heç bir hüquqi əsasın olmadığı da müraciətdə qeyd olunur. Buna görə də Türk Dövlətləri Təşkilatına müraciət edən Müstəqil Tatarıstan Hökuməti Tatarıstan Respublikasının dövlət suverenliyi və müstəqilliyinin rəsmən tanınması imkanlarının nəzərdən keçirməyi xahiş edir.

Müstəqil Tatarıstan Hökuməti tatar xalqı üçün həyati önəmli bu tarixi günlərdə qardaşlarının güclü dəstəyinə həmişəkindən daha çox ehtiyac duyduğunu, Tatarıstan Respublikasının müstəqilliyinin tanınması məsələsinin həlli üçün beynəlxalq və diplomatik əlaqələrin qurulmasında, birgə məşvərətçi və işçi qruplarının yaradılmasında Müstəqil Tatarıstan Hökumətinə dəstək olmaq, ilkin mərhələdə Tatarıstanın Türk Dövlətləri Təşkilatında müşahidəçi qismində iştirakın təmin edilməsi xahiş edir.

Demokratiya Naminə Ukraynaya Dəstək Platforması Müstəqil Tatarıstan Hökumətinin müracətinə qətiyyətli dəstəyini ifadə edərək, Türk Dövlətləri Təşkilatında təmsil olunan türk dövlətlərini, xüsusilə Rusiya imperializmindən əziyyət çəkmiş və çəkməkdə olan Azərbaycan Respublikasını tarix beynəlxalq hüquq və böyük türk milləti qarşısında məsuliyyətlərini dərk etməyə, Tatarıstanın müstəqiliyinin tanınması ilə bağlı addımlar atmağa çağırır.

Demokratiya Naminə Ukraynaya Dəstək Platforması Müstəqil Tatarıstan Hökuməti və Başqırd Milli Hərəkatının Moskva imperializminə qarşı və müstəqillik uğrunda mübarizədə fəaliyyətlərini əlaqələndirmək cəhdlərini alqışlayır, Rusiya imperiyasınındakı müstəmləkə xalqıarını azadlıq və istiqlaliyyət mübarizəsində birgə hərəkət etməyə çaığıraraq bəyan edir ki, BMT Nizamnaməsi və ATƏT-in Helsinki Yekun Aktında təsbit olunmuş xalqların öz müqəddəratını təyinetmə hüquqlarına hörmət və istinad edilərək Tatarıstan Respublikasının müstəqilliyi tanınmalı, Türk Dövlətləri Təşkilatında iştirakı təmin edilməlidir.

Sənəd imzalamaq üçün açıqdır!

araz.az xəbər portalı.

araz.az xəbər portalı.