Avqustun 10-da Tramp Türkiyədən idxal edilən alüminium və polad üzrə rüsumların ikiqat artdığını açıqladı. Bu sanksiyalar, həmçinin, bir sıra digər amillər türk lirəsinin məzənnəsinin kəskin düşməsinə gətirib çıxardı. Buna cavab olaraq, Türkiyə ABŞ-da istehsal edilən avtomobil, alkoqol və tütün daxil olmaqla, Amerikadan idxal olunan mallara qoyulan rüsumları qaldırdı. Üstəlik, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Türkiyə Çin, Rusiya, İran və Ukrayna kimi ən böyük ticarət tərəfdaşları ilə lirə hesablamalarına keçmək niyyətindədir.
Son zamanlar biz tez-tez bu və ya digər liderin ticarət tərəfdaşları ilə milli valyutaya keçmək, yeni iqtisadi sanksiyalar tətbiq etmək və ya növbəti bir embarqonun tətbiq edilməsi barədə qərarını eşidirik. Dünyada qızğın beynəlxalq valyuta müharibəsi gedir və nəticədə hər kəs uduza bilər.
Eurasia Diary-nin verdiyi xəbərə görə, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev bu məsələ ilə bağlı fikirlərini bildirib.
Umud Mirzəyevin sözlərinə görə, bu gün biz dünya valyutalarının və dünya dövlətlərinin maraqlarının qarşıdurmasının şahidi oluruq. Belə müharibələrdə tez-tez dövlətlərin və onların rəhbərlərinin maraqları xalqın, adi vətəndaşların maraqlarını üstələyir.
“Biz dövlətlərin və dünya liderlərinin millət üçün mümkün təhlükə və dövlətin nüfuzunun qorunması zərurəti ilə bağlı gurultulu çıxışlarla öz maraqlarını müdafiə etdiklərini görürük. Əslində, bu, əsasən, öz vətəndaşlarına və sahibkarlarına zərər vurur ki, bundan da gələcək perspektivdə dövlətin özü əziyyət çəkir”, – deyə Umud Mirzəyev bildirib.
BAMF prezidenti deyib ki, əhalinin sosial cəhətdən ən az müdafiə olunan təbəqələri pul ilə təmin olunma baxımdan əhəmiyyətli dərəcədə daha çox əziyyət çəkirlər.
“Diplomatik qalmaqallar və valyuta qarşıdurmaları artıq bir çox ölkələrin iqtisadiyyatına sarsıdıcı zərbə vurub. Çox sayda insan çaşqınlıq vəziyyətindədir. Pul sistemi sabitliyini itirmişdir və inflyasiya bir neçə dəfə artmışdır ki, bu da malların qiymətinin qalxmasına və buna görə işsizlik səviyyəsinin artmasına gətirib çıxarır. Və bu faktlar adi vətəndaşlara mənfi təsir göstərir. Bir çoxları bunun ölkələr arasındakı müharibələrdən və silahlı münaqişələrdən daha yaxşı olduğunu, qoy insanlar bombalardansa vəsaitlərin çatışmazlığından əziyyət çəksinlər, deyə bilər, lakin bununla məsələ həll olunurmu?”.
***
Президент МФЕП высказался о конфронтации валют и интересов в мире
10 августа Трамп объявил о двукратном увеличении импортных пошлин на алюминий и сталь для Турции. Эти санкции, а также ряд других факторов привели к резкому падению курса турецкой лиры. В ответ на это Турция резко повысила пошлины на американский импорт, в том числе на произведенные в США автомобили, алкоголь и табак. Более того, как заявил президент Турции Реджеп Тайип Эрдоган, Турция намерена перейти на расчеты в лирах с крупнейшими торговыми партнерами, такими как Китай, Россия, Иран и Украина.
В последнее время мы всё чаще слышим высказывания того или иного лидера о решении перейти на национальную валюту с торговыми партнёрами, о необходимости ввода новых экономических санкций или же о вводе очередного эмбарго. В мире разгорелась международная валютная война, в результате которой могут проиграть все.
Как сообщает Eurasia Diary, Президент Международного Фонда Евразия Пресс (МФЕП), Умуд Мирзаев высказал свое мнение по этому поводу.
По словам Умуда Мирзаева, сегодня мы наблюдаем, за конфронтацией валют и интересов мировых держав. В подобных войнах зачастую собственные интересы государств и их правителей, преобладают над интересами народа, простых граждан.
«Мы видим как страны и лидеры мировых держав защищают свои собственные интересы прикрываясь громкими фразами о возможной угрозе нации и необходимости сохранения авторитета государства. На самом же деле это наносит непоправимый вред в первую очередь собственным гражданам и предпринимателям, от чего в дальнейшей перспективе страдают само же государства», высказался Умуд Мирзаев.
Как заявил президент МФЕП, самые социально незащищенные слои населения в значительно большей степени страдают от обесценивания денег.
«Дипломатические скандалы и валютные конфронтации уже больно ударили по экономике многих стран. Многие люди в растерянности. Валютная система потеряла свою стабильность, и инфляция повысилась в разы, что в свою очередь ведет к повышению цен на товары и соответственно к безработице. И эти факты негативно отражаются на простых гражданах. Многие скажут, что это лучше, чем войны и вооруженные конфликты между странами, пусть лучше люди страдают от нехватки средств, чем от бомб, но разве от этого легче?».
araz.az xəbər portalı.