“Ermənistanda ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması, bu ölkənin hələ də dövlət səviyyəsində bizə qarşı yürütdüyü nifrət siyasətinin nəticəsidir”

araz.az-ın xəbərinə görə, bunu  hərbi ekspert Ədalət Verdiyev deyib.

Ekspert Ermənistanın hələ də məğlubiyyət sindromundan əziyyət çəkdiyini bildirib:

“Vətən müharibəsində və ondan sonrakı dövrdə Azərbaycan əsgərinin hər gün 150 kvadtar kilometr ərazi azad edərək, həmin ərazidə bayraq qaldırmasına mane ola bilməyənlərin, zərif bir qız uşağının əlindən Azərbaycan bayrağını alması və onu yandırması sadəcə zəiflik və məğlubiyyət sindromunun göstəricisidir. Baş verən bu hadisələr bir daha onu göstərir ki, Ermənistanda bu gün də milli dini ayrıseçkilik, rasizm və türk düşmənçiliyi hökm sürür. Baş verən bu barbar hadisə bir daha onu göstərir ki, Avropa və bir çox dünya idman təşilatları Ermənistana dövlət səviyyəsində belə tədbirlərin keçirilməsini etibar etməli deyil, Ermənistanın mənəvi-psixoloji vəziyyəti beynəlxalq yarışları və turnirləri təşkil etməyə imkan vermir. İdman növlərinin Ermənistanda təşkilinə və keçirilməsinə uzun müddət qadağalar tətbiq edilməlidir”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.