İrəvanda Azərbaycan bayrağının yandırılması ermənilərin məğlubiyyət sindorumu yaşamasından qaynaqlanır. Hadisədə müəyyən detallar xüsusilə diqqət çəkir: bayrağımızı yandıran dizayner Aram Nikolyan çempionatın açılış mərasimində iştirak edən nümayəndələrin, o cümlədən, Azərbaycan bayrağı olan libasların dizaynını hazırlayan və tikən adamdır, bu layihəyə görə 18,9 milyon dram almalıdır, artıq 12,3 milyon dramını alıb;
A.Nikolyan təsadüfi adam deyil, çempionatın hazırlanması işində yer alıb və onun bayrağımızı yandırması böyük ehtimalla planlaşdırılmış aktdır. Bu aktın sifarişçisinin Ermənistan hakimiyyəti, yoxsa, hakimiyyət daxilindəki qüvvələr olması açıq sual olaraq qalır. Bu, xüsusilə Aram Nikolyanın çempiontın təşkilatçıları ilə birbaşa əlaqəsinin olması fonunda maraqlıdır.
Bayrağımızın yandırılması Azərbaycana qarşı atılan addım olsa da, nəticə etibarilə itirən Ermənistan oldu: ağır atletika üzrə Avropa çemipnatı Ermənistanda indiyə qədər nadir hallarda keçirilən ən böyük idman yarışlarından biri hesab olunur və Paşinyan hakimiyyəti bundan “yumşaq güc”ün artırılması, turizm, imicin formalaşdırılması kimi məsələlərdə istifadə etməyi düşünürdü, hərçənd, Azərbaycan bayrağının yandırılması bu dividentləri azalda biləcək aktdır; Ermənistan gələn il ağır atletika üzrə dünya çempionatına ev sahibliyi etmək hüququnu alıb, bu akt İrəvanı həmin hüquqdan da məhrum edilə bilər;
Çempionatda ən maraqlı məqam isə qızıl qazanan Türkiyə komandasının atleti Cansu Bektaşın qələbəni Azərbaycana həsr etməsi oldu.
Asif NƏRİMANLI.
araz.az xəbər portalı.