“İrəvanda Azərbaycan bayrağının yandırılması bir daha sübut etdi ki, Azərbaycan nə qədər xoş məram nümayiş etdirsə də, ermənilər bundan nəticə çıxarmırlar”.

araz.az   xəbər verir ki, bunu “Qərbi Azərbaycan İcması”nın sədri Əziz Ələkbərli deyib.

İcma sədri qeyd edib ki, ermənilər öz çirkin əməllərini dünya ictimaiyyəti qarşısında nümayiş etdirməkdən də çəkinmirlər:

“Buna görə də gələcəkdə baş verə biləcək münaqişələrdə məsuliyyət onların üzərinə düşür. Bir neçə gün əvvəl isə əsir düşmüş əsgərimizə də ermənilər tərəfindən işgəncə verilib. Bu, heç bir hüquqa sığmır. Bununla bağlı da təmsil etdiyim İcma tərəfindən bəyanat qəbul olunub”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.