Bu günlərdə İrəvanda Ağır atletika üzrə Avropa Çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması hadisəsi ürəyimizi dağlasa da, əslində ermənilərin, bütövlükdə Ermənistanın hansı fikir, düşüncə, qabiliyyət və mədəniyyətə malik olmasının əyani bir sübutu idi. 30 ilə yaxın öz havadarlarının köməyi ilə işğal etdikləri torpaqlarımızı viran qoyan, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi sanki bir “vəhşi qəbilə” olduqlarını bir daha sübut elədilər. Bir neçə gün ərzində insanlığa yaraşmayan 2 hadisə: əsir düşən əsgərlərimizə işgəncə və bayrağımızın yandırılması. Bəlkə də bu hadisələr bir-biri ilə bağlıdır. Əsgərlərə verilən işgəncə cinayətindən fikir yayındırmaq. Nikolun ailəsinə yaxın birisi, Nikola yaxın Nikolyan sonradan hadisə ilə bağlı fikir bildirib ki, guya o istəməyib ki, Yerevanda Azərbaycan bayrağı dalğalansın və bu hərəkəti ilə demək istəyib ki, erməniləri heç kim öyrədə, dərs verə və hansısa şəraitlə barışmağa məcbur edə bilməz.

Bilirsiz, istənilən şəraitdə istənilən sivil bir ölkə öz beynəlxalq öhdəliklərini yerinə yetirməlidir. Beynəlxalq yarışların təşkili özü böyük məsuliyyət və beynəlxalq öhdəlikdir. İdmanın məqsədi istər bir ölkə daxilində, istərsə də bəşəri dünyada insanlıq üçün sağlamlıq, sağlam həyat tərzini təbliğ və təşviq etməkdirsə də, ölkələr arasında isə onun məqsədi yalnız dostluq və sülhə xidmətdir. Avropa oyunları vaxtı cənab İlham Əliyevin erməni idmançını təltif edən zaman balaca bir jestlə ifadə olunan Prezident-tamaşaçı dialoqu Azərbaycan xalqının insanpərvərliyinin, insanlığa, hüquqa, dövlətinə, Prezidentinə olan hörmətinin və xalqın müdrikliyinin göstəricisi idi.

Nikolyan istəməyib ki, Ermənistanda Azərbaycan bayrağı dalğalansın. Qoy istəməsin, amma bu, mütləq baş verəcəkdir. Artıq Qərbi Azərbaycana qayıdış proqramımız beynəlxalq arenada səslənir və qeydiyyatdadır. Biz türklər erməni kimi işğalçı yox, Fateh olmuşuq və mütləq döğma, tarixi torpaqlarda olacağıq.

Nihat Arif Asyanın “Bayrak” şeirinin misraları ilə bayrağımıza xitabən deyirəm:

Ey, mavi göklərin bəyaz və qızıl süsü,

Kızkardeşimin gəlinligi, şehidimin son örtüsü!

Tarihim, şerefim, şiirim, hər şeyim:

Yer yüzündə yer bəgən!

Nərəyə dikilmək istərsən,

Söylə, səni oraya dikəyim.

İltizam YUSİFOV,
Milli Məclisin deputatı.

araz.az xəbər portalı.