Suraxanı Rayon İcra Hakimiyyəti “”Suraxanı İcra Hakimiyyətinə pul verib buranı tikirəm…” – İcra başçısının saxtakarlığı üzə çıxdı” başlıqlı yazıya münasibət bildirib.

araz.az  Pravda.az-a istinadən bildiririk ki, Rayon İcra Hakimiyyəti yanında “Özbaşına tikintilərə qarşı mübarizə və məhkəmədənkənar torpaq mübahisələrinin həlli üzrə komissiya”nın üzvləri tərəfindən qeyd edilən ünvanda (Qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaşayış sahəsi, Surxay Noçuyev küçəsi) naməlum şəxs tərəfindən tikinti işləri aparılması nəzərdə tutulan əraziyə baxış keçirilib, qeyd edilən ərazidə tikinti işlərinə başlanılmadığı müəyyən edilib.

Qeyd olunub ki, eyni zamanda ərazidə tikinti işlərinin aparılması üçün salınmış hasar sökülüb.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.