İş adamı Şərif Salmanova cinayət işi açılıb.

araz.az-ın məlumatına görə, xaricdə təhsil şirkətlərinin rəhbəri kimi tanınan Ş.Salmanova Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq-külli miqdarda ziyan vurmaqla), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 312.2-ci (Rüşvət vermə) maddələri ilə ittiham elan edilib. Onun barəsində çoxsaylı vətəndaş şikayətlərinin olduğu bildirilir.

Qeyd edək ki, “İTCC” və “Bakı Training mərkəzi”nin rəhbəri olan Ş.Salmanov tez-tez televiziya proqramlarına ekspert kimi də dəvət edilib.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.