sehid-roya-480.jpg

Bu ilin iyul ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda 215 nəfərə “Xalq”, 2767 nəfərə isə “Əməkdar” Fəxri adına görə Prezident təqaüdü verilir. Azerbaycanrealligi.com-un Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən apardığı hesablama göstərir ki, ötən ilin eyni dövrü ilə müqayisədə Prezident təqaüdü alan “Xalq” Fəxri adı daşıyanların sayı 10 nəfər azalıb, “Əməkdar” Fəxri adı daşıyanların sayı isə 335 nəfər artıb.

Onu da bildirək ki, “Xalq” Fəxri adı daşıyanlara verilən təqaüdün məbləği son bir ildə 50% artaraq 100 manatdan 150 manata, “Əməkdar” Fəxri adı daşıyanlara verilən təqaüdün məbləği isə 67% artaraq 60 manatdan 100 manata yüksəlib.
Müqayisə üçün onu da bildirək ki, son bir il ərzində Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alan şəhid ailələrinə verilən təqaüdün məbləği 11% və ya 20 manat 64 qəpik artıb.
Məlumat üçün bildirək ki, “Xalq” və “Əməkdar” Fəxri adı daşıyanlar arasında kifayət qədər tanınan və maddi imkanları yaxşı olan müğənnilər də yer alır. “Xalq” və “Əməkdar” Fəxri adı daşıyanların arasında Aygün Kazımova, Faiq Ağayev, Brilliant Dadaşova, Nazpəri Dostəliyeva, Röya Ayxan kimi müğənnilər yer alır ki, onların toy məclislərindən aldığı zəhmət haqqı bir-neçə min manat təşkil edir

araz.az xəbər portalı.