“Könüllü gənclərə Qərbi Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqla bağlı təlim keçiriləcək”

araz.az   xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli deyib.

Sədr bildirib ki, Qərbi Azərbaycan İcmasının qarşısında duran əsas məsələ son 200 ildə tarixi torpaqlarımızda soydaşlarımıza qarşı ermənilər tərəfindən törədilmiş vəhşilik aktlarının gündəmə gətirilməsi və Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasıdır:

“Bu gün bizim əsas hədəflərimizdən biri də məhz budur. Son 30 ildə biz Qarabağ həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdıra bildik. 44 günlük müharibənin nəticələrinin də beynəlxalq arenada qəbul edilməsində bu məsələnin böyük əhəmiyyəti olub.

Hazırda isə Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında da hər kəsin üzərinə böyük məsuliyyət düşür ki, gənclərimizin dəstəyinə böyük ehtiyac var.

Bu gün bu məqsədlə toplaşmışıq. Könüllü gənclərimizə Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması barədə təlim keçiriləcək. Hesab edirəm ki, bu tədbir gənclərimizin bu prosesə qoşulması üçün başlanğıc prosesi olacaq”, – o, bildirib.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.