Prezident Ərdoğan bu gün AK Partiyanın Afyonkarahisar şəhərində təşkil etdiyi seçki mitinqində keçmiş nazir, hazırda Millət İttifaqının üzvü olan DEVA partiyasının sədri Ali Babacanla CHP lideri Kamal Kılıçdaroğlunu “topa tutub”.

araz.az  xəbər verir ki, mitinqdə çıxış edən Ərdoğan vaxtı ilə komanda üzvü olan Ali Babacanın soyadındakı “a” hərflərini “e” kimi səsləndirib, ona “Bebecan” deyə xitab edərək, aşağlayıb.

Prezident mitinqdə indiyə qədər görülən işlərdən geniş danışdıqdan sonra Millət İttifaqını (“6-lı Masa”) hədəfə çıxararaq sərt tənqid edib.

Ərdoğan tərəfdarlarına əl işarəsi ilə özünü göstərərək, deyib: “Bu qardaşınız Baş nazir olanda, Davosda Beynəlxalq Valyuta Fondunun (IMF) rəhbəri ilə görüşüm oldu. İndi hazırda  masada (müxalifətin “6-lı Masa”sını nəzərdə tutur-Mia.az) olan birisi (Ali Babacan -Mia.az)  daha vardı. O zaman iqtisadiyatla maraqlanırdı. IMF Başqanına dedim ki, adamlarınızı göndərirsiniz, bu adamlarınız gəlir. Bizdən faizləri alırlar. Faizləri alırsınız, ancaq Türkiyəni idarə edə biilməzsiniz, buranı mən idarə edirəm, mən! Yanımızda olan kimdi, bebecan… İndi atır-tutur. Vah zavallı. 

2013 ilinə qədər biz IMF ilə əməkdaşlıq etdik. 2013-də bütün borcları bitirdik, IMF ilə yolları ayırdıq. AK Partiya budur. Bay-bay Kamalin adamları, İYİ Partiyanın adamları otellərdə görüşmələr edirlər, onlara “IMF-dən yardım almanız lazım, borç almanız lazım ki, Türkiyə  iqtisadiyyatı düzəlsin” deyiblər. Amma dediyim kimi, biz borc almadıq onlardan, nə oldu? Biz yola davam elədiik. Hər hansı bir şey oldumu? 2013-dən sonra bizim IMF ilə əlaqəmiz yoxdur. O zaman Türkiyə Mərkəzi Bankının ehtiyatı 27,5 milyard dollardı. İndi  bu, üç rəqmlidir…”.

Ərdoğan daha sonra Kamal Kılıçdaroğluna “yüklənib”: “İmperialistlərin tətikçisi, terror təşkilatları ilə qol-qola gəzən adam… İmperializmin maliyyəçisi… London sələmçilərindən aldığı vədlərə sevinən şəxs, bay-bay Kamal, nə qədər Londondan pul almısan? Bir şeyin varmı? Səni İMF-ylə otel otaqlarında gizlicə bir araya gətirən adam kimdir? Bilirsən, bu kimdir. 

Bay-bay Kamal çıxıb indi hər zamankından da iyrənc üslubu ilə bizə antiimperializm dərsi verməyə çalışır.

Bay-bay Kamal, bizim imperialistlərə qarşı dik duruşumuzu öyrənmək istəyirsənsə, get kürəyini ovxalayan Qərbdəki ağa babalarına soruş. Get, dönərçidə görüşdüyün Pensilvanyadakı alçaqlardan soruş. Dağdakə kadrolarının başlarını əzdiyimiz bölücü yandaşlara sor. Türkiyə deyincə, gözləri parlayan məzlumlara sor. Get, Qarabağda işğaldan azad olunan ərazilərdəki qardaşlarimiza sor. Get, Şərqi Aralıq dənizində haqlarına sahib çıxdığımız Kipr türkünə sor. Sor ki, bizim kimə səcdə etdiyimizi, kimə diz çökdürdüyümüzü sənə anlatsınlar. Biz, nə imperialistlərin, nə də onların tətikçilərinin önündə səcdə edəriz. Biz ancaq Allahın hüzurunda əyilərik”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.