İtaliyanın ali rəhbərləri müsəlman din xadiminin “Allahu Əkbər” çağırışı altında baş əyib.
Bu haqda “The Local” portalı xəbər yayıb. Gözlənilməz olay Genuya körpüsünün çökməsi nəticəsində həlak olmuş iki müsəlmanın dəfn mərasimi zamanı baş verib. Ölənlər arasında müsəlmanlar da olduğundan cənazə mərasimində bir katolik keşiş ilə yanaşı, imam da iştirak edib.
İmam mütəmadi uca səslə “Allahu Əkbər” ( “Allah böyükdür”) deməklə neçə dəqiqəlik cənazə duası oxuyub. Və bu zaman digər mərasim iştirakçıları kimi İtaliya prezidenti Serjio Mattarella və baş nazir Cuzeppe Konte – də başlarını aşağı əyiblər. Cənazə namazında hətta hakim koalisiyanı formalaşdıran İtaliyanın daxili işlər naziri, sağçı radikal partiyanın rəhbəri Matteo Salvini də iştirak edib.
Qeyd etmək lazımdır ki, İtaliyada sağçı radikal və islamofob əhvali-ruhiyyə fonunda müsəlman dini ayinlərinin kütləvi icrası nadir hallarda baş verir.
Moderator.az
araz.az xəbər portalı.